Mayın 9-11-də Nabranda “Malibu” yeni ailəvi istirahət və əyləncə kompleksinin böyük açılışı olacaq. Kompleksdən seyyah.az-a verilən məlumata görə, açılış mərasimində qonaqlara canlı musiqi, şou proqram, diskoteka və dadlı yeməklər təqdim ediləcək.
Açılışda istirak üçün qiymətlər adambaşı 50 manatdır. 6 yaşadək uşaqlar üçün giriş pulsuz, 7-14 yaşadək isə 50 faiz endirimlədir (25 manat).
Rezerv etmək üçün əlaqə nömrəsi: +994502038825
Qeyd edək ki, 280 nəfərlik "Malibu" turizim mərkəzi Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşir. Mərkəzdə futbol, basketbol, voleybol, sauna, hovuz, stolüstü tennis və istirahət üçün digər imkanlar var.