Qaraçıların indiyədək bilmədiyiniz - 9 QƏRİBƏ ADƏTİ

Xəbərlər 18 Fevral 2017 00:00 1489
Qaraçıların indiyədək bilmədiyiniz - 9 QƏRİBƏ ADƏTİ

Qaraçı – termini əslində ümumilişəşmiş addır. Bu ad altında müxtəlif ölkələrdə məskunlaşıb yaşayan çoxsaylı oxşar xalqlar birləşir. MDB-nini müxtəlif ölkələrində, əsasən də Rusiyanın vilayətlərində indii də qaraçı taborları görmək mümkündür. Müasir dövrdə yaşamaqlarına baxmayaraq onları paltarlarından indi də asanlıqla tanımaq mümkündür. Qaraçıların adət ənənələri isə müxtəlif və bəzən o qədər qəribədir ki, başqaları onları anlaya bilmir.

 

1.Qaraçılar çox tez ailə qururlar

Qaraçı qızlarının ərə getmək yaşı 14-dən başlayır. İstənilən toyda və ya şənlikdə 14 yaşı tamam olmuş bütün qaraçı qızları şənliyin axırınadək rəqs etməyə çalışır, çünki biliri ki, indii subay oğlanların ataları özlərinə gəlin axtarır və qızlara ciddi surətdə göz qoyurlar. Qəribə səslənsə də, 19 yaşınadək ailə qurmayan qıza qaraçılar «qarımış qız» kimi baxırlar.

 

 

2. Gəlinə başlıq verəndə qızılı kilo ilə gətirirlər

Gəlinin atası və ya qardaşları onun üçün başlığı (yəni bəy tərəfindən ödənilən məbləği) bir neçə kilo qızılla təyin edirlər. Məsələn, onlar tələb edə bilər ki, gəlin üçün bir neçə 3 kiloluq banka dolusu zinət əşyaları – üzük, zəncir, sırğa və s. gətirsinlər.

 

 

3. Başqa ölkələrin qaraçıları bir-biri ilə evlənmir

Başqa ölkələrdə yaşayan qaraçılar arasında evlilik, qaraçıların başqa smillətlə evlənməsi kimidir – yəni qətiyən mümkün deyil.

 

 

4. Qaraçılar tez-tez uşaqları oğulluğa götürürlər

Qaraçının ailəsində azı bir oğul övladı olmalıdır. Əgər uzun müddət evlilikdən sonra da oğul doğulmursa, valideynlər uşaq evindən oğlan götürüb saxlayırlar. Özü də övladlığı götürülən oğlan istənilən millətdən və istənilən görünüşə malik ola bilər. Elə ona görə, belə fikir yayılıb ki, qaraçılar uşaqları oğurlayır.

 

 

5. Qaraçı uşaqları məktəbə getmir

Bir qayda olaraq qaraçılar uşaqları məktəbə ona görə göndərirlər ki, onlar oxuyub-yaza bilsinlər. Çünki qaraçı uşaqları 6-8 yaşlarından ailənin işləri ilə məşğul olmağa başlayırlar. Ona görə də, əgər qaraçı uşağı 3-cü sinifdən sonra da valideynlərinə kömək etmək əvəzinə, məktəbə gedirsə, hesab olunur ki, o vaxtını boşuna keçirir.

 

 

6. Qaraçı evində qadın kişidən yüksəkdə dayana bilməz

Bu qayda bütün qaraçılar üçün qanun kimi qorunur. Məsələn ikimərtəbəli qaraçı evində əgər birinci mərtəbədə kişi varsa, qadınlar ikinci mərtəbəyə qalxa bilməzlər.

 

 

7. Qaraçıların öz məhkəmələri var

Qaraçıların özlərinin daxili məhkəmələri var. Burada hamının hörmət etdiyi qaraçılar  hakimlik edir. Onlar bütün tərəflərin arqumentlərini dinləyib günahkarı aşkar edir və ona cəza təyin edirlər. Ən böyük cəza odur ki, qaraçıdan icmanı tərk etmək tələb olunsun.

 

8. Qaraçılar tabuta and içirlər

Qaraçıların öz doğruluqlarını süğut etmək üçün gn geniş yaılan and – müqəddəsin şəklinə and içməkdir. Nadir hallarda, yalnız ən gərgin vəziyyətlərdə isə tabuta and içilir. Bu halda qaraçı tabuta uzanır və and içib deyir ki, əgər o yalan deyirsə, tezliklə elə bu tabuta uzanıb ölsün.

 

9. Valideynlərinin dəfni üçün illərlə pul yığırlar

 

Ənənəyə görə, qaraçıların dəfn mərasimi varlı keçir. Mərasimlər o qədər dəbdəbəli olur ki, bəzən qaraçı övladları hələ sağ olan valideynlərinin dəfni üçün bir neçə il əvvəldən pul yığırlar. Əgər ölüm qəflətən baş veribsə, bütün qohumlar toplaşıb mərhum üçün layiqli, yəni dəbdəbəli başdaşı üçün pul yığırlar. Ən dəbdəbəli baş daşı, mərhumun boydanboy şəkli olan baş daşıdır. 

OXŞAR XƏBƏRLƏR