"Yes Travel" işçi axtarır - VAKANSİYA

Xəbərlər 18 Fevral 2017 00:00 974
"Yes Travel" işçi axtarır - VAKANSİYA

GƏLMƏ TURİZM ÜZRƏ MENECER 300 - 500 AZN YES TRAVEL

İş barədə məlumat

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması 
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
- Otellərin bronlaşdırılması 
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması 
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi 
- İş saatları: 10:00–19:00; Şənbə günü: 10:00-16:00 
- İstirahət günü: Bazar günü 
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər

Namizədə tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq 
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük verilir) 
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq 
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq 
- Məsuliyyətli və diqqətli olmaq 
- Gülərüz və özünə qarşı tələbkar olmaq 
- Vaxtın idarəolunması bacarığına malik olmaq 
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. UzeyirBaghirli@yestravel.az

OXŞAR XƏBƏRLƏR