Pasport dövrü bitdi?

Xəbərlər 18 Fevral 2017 00:00 557
Pasport dövrü bitdi?

Bu ölkəyə getmək üçün pasport lazım olmayacaq

Avstraliya pasportdan imtina edir. Türkiyə mətbuatı yazır ki, 2020-ci ildən sonra ora gedənlər özlərilə pasport aparmağa məcbur olmayacaq. Pasportların yerini müasir texnologiyalar alacaq.

Ölkə rəsmilərinin sözlərinə görə, yaxın bir neçə ildə standart ID kartlarını, üz, göz və ya barmaq izlərini tanıyan biometrik texnologiyalar hazırlanacaq.

Hər şey plana uyğun olarsa, başqa ölkələrdən Avstraliyaya gələn şəxslər normal ölkə vətəndaşları kimi hava limanında dayanmadan hərəkət edə biləcəklər. Ölkəyə giriş nöqtələrinin 90 faizi elektronik stansiyalarla təmin ediləcək.

Pilot layihə bu ilin iyulunda Kanberra aeroportunda fəaliyyətə başlayacaq.

Mənbə: seyahetciblog

OXŞAR XƏBƏRLƏR