Yunanıstan hotelləri – QİYMƏTLƏR

Xəbərlər 20 Fevral 2017 00:00 1207
Yunanıstan hotelləri – QİYMƏTLƏR

Azərbaycanlı turistlərin səfər etdiyi ölkələrin siyahısında Yunanıstan ilk pillələrdədir. Seyyah.az bunu nəzərə alaraq Yunanıstanda istirahət qiymətlərini təqdim edir. Yerigəlmişkən, Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib. Tədbirdə ümumilikdə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib

Azərbaycanlı turistlər daha çox Yunanıstanda, Santarina, Afina və Kiprin Yunanıstan tərəfində Larsanada  istirahət etməyə üstünlük verirlər. Yunanıstanda turizm mövsümü əsasən may ayının sonlarından başlayır. Buna səbəb burada yerləşən istirahət mərkəzlərinin əsasən dəniz sahilində yerləşməsidir. Turizm.fins.az Yunanıstan otellərinin qiymətlərini təqdim edir.

“Orpheus Hotel”

Hotel Samotrace adasında yerləşir. Mehmanxana,  Terma çimərliyindən 300 metr aralıda yerləşir. Nömrələrin eyvanından təbiət mənzərəsinə görünüş açılır. Hotelin bütün nömrələrində wifi, kondisioner soyuducu, tv və telefon var. Hər nömrədə duş və vanna otağı var. Hotel  Kamariotissi limanından 12 kilometr aralıda yerləşir.

Standart otaqlarda bir nəfərin gecələməsi 66 manatdır. Göstərilən qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi üçün əlavə 9 manat ödəmək lazım olacaq. 3 nəfərlik otaqlarda isə bir nəfərin gecələməsi 76 manatdır. 6 yaşa qədər olan uşaqlara ödəniş etmək tələb olunmur. 6 yaşdan böyük uşaqlar üçün isə əlavə yataq üçün bir gecə üçün 5 avro tələb olunur.

“Sunset Hotel”

2 ulduzlu mehmanxana  Uranopolis şəhərində yerləşir. Yola cəmi 3 dəqiqə sərf etməklə dəniz sahilinə çata bilərsiz. Bütün otaqlar lazımı avandanlıqlarla təchiz olunub. . Mehmanxanada 23 nömrə var . Hotelin bütün ərazisi boyu pulsuz wifi təklif olunur. Mehmanxananın yaxınlığında çoxlu sayda dükanlar və retoranlar fəaliyyət göstərir. Həmçinin Haldiki yarımadasını gəzmək şansı əldə edə bilərsiz. Otel 2011-ci ilən fəaliyyət göstərir.

Hoteldə standart nömrədə bir nəfərin gecələməsi 94 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 3 nəfərlik otaqda, bir nəfərin gecələməsi isə 111 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

 “Alexhandra Hotel”

2 ulduzlu hotel Santorini adasında yerləşir. Hotel Kamari çimərliyindən  80 metr aralıdadır. Nömrələrin hər biri soyuducu, kabel televiziyası ilə təchiz olunub. Bəzi nömrələrin ayrıca mətbəxləri də var. Səhər yeməyi “İsveç stolu” formasında hovuz kənarında verilir. Hotel yaxınlığında kafe və restoranlar fəaliyyət göstərir. Həmçinin mehmanxanada avtomobil də kirayələmək olar. Əsasən avtomobil  otel qonaqları üçün yaxınlıqda yerləşən Fira şəhərinə getmək üçün lazım olur.

Qiymətlərə gəlincə isə standart otaqların qiyməti 59 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İstirahət mərkəzinin apartmentlərində gecələmək isə 83 manatdır.

 “Makris Hotel”

Makris Hotel Santorini adasının Kamari şəhərində yerləşir. Hotel 3 ulduzludur. Qonaqlar üçün hotelə hava limanından nəqliyyat təşkil olunur . Mehmanxananın bütün ərazisi boyunca pulsuz wifi var. Mehmanxanada nömrələr dənizə və bağçaya mənzərələri ilə təklif olunur. Hoteldə nömrə apartmentlərin sayı 20-dir. Hoteldə səhər yeməyi daxil standart otaqların qiyməti 207 manatdır. Apartamentlərdə gecələmək isə 222 manatdır. Bu qiymətə də səhər yeməyi daxildir. 3 nəfərlik otaqların qiyməti isə 247 manatdır.

 “Larco Hotel”

Larco hotel Kipr adasının Yunanıstana aid hissəsində Larnaka şəhərində yerləşir. Mehmanxan iki ulduzludur. İstirahət mərkəzi dəniz sahilindən 200 metr aralıda yerləşir. Hotelin dizaynı keçmişi xatırladır. Mehmanxana ərazisində pulsuz wifi var. Bütün nömrələrin eyvanı var. Mehmanxanada səhər yeməyinə çörək, cem, pendir və ət məhsullarının assortisini təklif edirlər.  Mehmanxanada bir nəfərlik otaq 76 manatdır. Gər səhər yeməyi sifariş etmək istəsəz 8 manat ödəməli olacaqsız. İki nəfrlik standart otaqda bir nəfərin gecələməsi isə 94 manatdır bu qiymətə səhər yeməyi də daxildir. 102 manat təklif edilən bir nəfərlik otaqların qiymətinə isə səhər və günorta yeməkləri daxildir.

“Holiday Inn Athens Attica Av, Airport W.”

5 ulduzlu hotel Afina şəhəri Attica prospektində yerləşir. Mehmanxanada bütün vanna otaqları mərmər ilə dizayn edilib. Hoteldə pulsuz wifi, idman zalı, qapalı hovuz və sauna təklif olunur. Beynəlxalq hava limanı Elefterios Venizelos  istirahət mərkəzindən 135 kilometr aralıda yerləşir. Əlavə ödəniş etməklə mehmanxana qonaqlarına hava limanına gediş-gəliş  nəqliyyatı təşkil olunur. Nömrələr bütün lazımı avadanlıqlarla təchiz olunub. Həmçinin nömrələrdə seyf və pulsuz çay, kofe var. Mehmanxanada 124 nömrə var . Otel 2009-cu ildən turistlərə xidmət edir.

Nömrələrin qiymətlərinə gəlincə isə iki nəfərlik standart otaqda bir nəfərin gecələməsi  282 manatdır. Səhər yeməyi üçün əlavə 32 manat ödəmək lazım olacaq. Mehmanxanada ən bahalı nömrələr 392 manatdır.

“Athens Cypria Hotel”

 

Paytaxt Afinada yerləşən hotel 3 ulduzludur. Mehmanxana Syntagma metro stansiyasından  300 metr aralıda yerləşir. Hotelin bütün nömrələrində seyf var. Bundan başqa pulsuz çay və kofedən yararlanmaq mümkündür. Uşaqlar üçün müəyyən xidmətlərdə güzəştlər təklif olunur. Hoteldə hər gün səhər 7-dən 10:30 kimi Amerika mətbəxinə məxsus yeməklər təklif olunur. Mehmanxananın Annabel kafesində müxtəlif cür spirtli içkilər təqdim olunur. Hoteldə bir nəfərlik otaqlar 174 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 217 manat isə iki nəfərlik standart nömrələr təklif olunur. Bu qiymətə səhər yeməyi də daxildir. 12 yaşa qədər olan uşaqlara əlavə çarpayı pulsuz verilir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR