“Flydubai” Hava Yolları yeni aksiyaya start verir. Seyyah.az xəbər verir ki, Dubaya səyahət etmək istəyənlər iki nəfərlik bilet aldıqda 290 dollar ödəyəcəklər.
Belə ki, şirkət ən azı 2 nəfər üçün bilet alışında endirim edəcək. Bu zaman bir biletin qiyməti 145 dollara başa gələcək. Kampaniya 1 aprel – 20 iyun tarixlərində Dubaya gedənlər üçün nəzərdə tutulub.
Aksiya fevralın 25–dək davam edir. Qiymətə 7 kg əl yükü və 20 kg baqaj daxildir.
Xatırladaq ki, adi vaxtda “Flydubai” Hava Yolları ilə Dubaya səfərin qiyməti 180 dollardır.
Mənbə: Turizm.fins