Polşada təhsil – QİYMƏTLƏRİ

Xəbərlər 23 Fevral 2017 00:00 787
Polşada təhsil – QİYMƏTLƏRİ

Azərbaycanlı gənclər daha çox Avropa ölkələrində təhsil almağa üstünlük verirlər. Onların  Avropada ən çox seçdiyi universitetlər isə Polşa və Macarıstan ali məktəbləridir.  Buna səbəb bu ölkə universitetlərində, təhsil haqqlarının  digər Avropa ölkələri ilə müqayisədə  daha  ucuz olmasıdır.

Polşada bakalavr təhsili almaq istəyənlər attestat və transkript (qiymətlərin çıxarış balı və orta bal) sənədlərini  təqdim etməlidirlər. Magistr təhsili almaq istəyənlər isə diplom, motivasiya məktubu və rəy məktubu təqdim etməlidir.

Rəy məktubu işdən və ya təhsil aldığınız ali məktəbdən ola bilər. Qeyd edək ki, bütün sənədlər İngilis dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunduqdan sonra təqdim edilməlidir.

Qəbul vaxtları

Polşa universitetlərinə qəbul  yanvar-fevral aylarından başlayır. Sənədlərin qəbulunun bitmə tarixləri isə hər universitetin öz qaydasına uyğun olaraq may, iyun bəzən isə iyul aylarınadək davam edir.

Təhsil haqqları

 

Təhsil haqqlarına gəlincə isə universitetdən asılı olaraq ödəniş  1500-5000 avro arasında dəyişir. Polşada dövlət universitetləri Polşa vətəndaşları üçün pulsuz təhsil verir. Əcnəbi tələbələr üçün isə hər universitetə görə  təhsil haqqı dəyişir. Polyak dilində təhsil alan xarici tələbələr 500-700 avro daha az ödəməklə təhsil ala bilərlər.

Tələbə xərcləri

Polşanın paytaxtında Varşava dövlət universitetində təhsil alan azərbaycanlı tələbə, Kamil Babayev şəxsi təcrübəsini turizm.fins.az –la bölüşüb. K.Babayevin sözlərinə görə əgər yataqxanada qalmaq istəsəz o zaman aylıq 200 manat ( 466 Polşa zlotası) ödəməli olacaqsız. Bu qiymətə iki nəfərlik yataqxanada qala biləcəksiz.

Ayrıca ev kirayələmək istəsəz o zaman 1 otaqlı ev üçün 500 manat (1 166 PLN), 2 otaqlı ev üçün 1000 manat (2 333 PLN), 3 otaqlı ev üçün isə 1 300 manat (3 033 PLN) ödəməli olacaqsız. Varşavada bir tələbənin qida üçün xərcləyəcəyi minumum məbləğ aylıq 300 manatdır (699 PLN).

 

Nəqliyyat xərclərinə gəlincə isə bir tələbənin aylıq yol pulu kartı 24 manat (55 PLN), 3 aylıq kart isə 60 manatdır( 140 PLN).

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR