Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq

Xəbərlər 23 Fevral 2017 00:00 1019
Yaponiyada turistləri “Ninza”lar qarşılayacaq

Yaponiyada turistləri ninzalar qarşılayacaq. Bununla bağlı ölkədə “The Ninja Nippon Project” lahiyəsinə  start verilib.

Seyyah.az xarici mediaya istinadən xəbər verir ki, bu proyektə həmçinin Ninza akademiyalarının yaradılması və ninza muzeylərinin formalaşdırılması nəzərdə tutulub. Bu cür muzeyin 2018-ci ildə Tokioda işə başlaması gözlənilir. Hazırda bir Ninza muzeyi Hönsü adasının  İqa şəhərində fəaliyyət göstərir və hər il 200 min turist qəbul edir.

 

Ninza akademiyalara gəlincə isə bu tədris ocağı öz səfirlərini hazırlayaraq bütün dünya ölkələrinə göndərəcəklər ki, həmin şəxslər ölkə turizminə maraq yaratsınlar.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR