Xarici ölkələrə vizaların qiyməti - SİYAHI

Xəbərlər 25 Fevral 2017 00:00 967
Xarici ölkələrə vizaların qiyməti - SİYAHI

 

Şengen ölkələrinə daxil olan dövlətlərə viza rüsumunun 35 AVRO DUR.
"Amma Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyil”.

Həmin ölkələrə viza rüsumları belədir:

BOLQARISTAN – 60 AVRO

RUMINIYA – 60 AVRO

BÖYÜK BRITANIYA – 130 DOLLAR

Bəzi Avropa ölkələrinin ölkəmizdəki konsulluqlarından başqa viza alınması üçün xidmət göstərən mərkəzlər də var. Həmin mərkəzlərdə göstərilən xidmətlərə görə, əlavə 25 AVRO ödəməli olacaqsınız. Bu İtaliya, Fransa və digər bəzi Avropa ölkələridir.

Ərəb ölkələrinə gedərkən viza almaq bir qədər ucuz başa gəlir.

BIRLƏŞMIŞ ƏRƏB ƏMIRLIYI – 75 DOLLAR

MISIR – 40 DOLLAR

Əgər Birləşmiş Ərəb Əmirliyinə viza alarkən hoteldə bron edirsinizsə, o zaman 75 DOLLAR ödəməlisiniz. Ancaq təkcə viza almaq üçün 100 DOLLAR rüsum ödənməlidir.

Misirin Şarm-əl-Şeyx istirahət mərkəzinə səfər edirsinizsə, o zaman Misirdə hava limanında 25 DOLLAR ödəməklə viza əldə edə bilərsiniz.

Amma Qahirəyə və ya digər qeyri-turistik şəhərlərə səyahət etməyi planlaşdırırsınızsa, o zaman viza rüsumu üçün 40 DOLLAR ödəməli olacaqsınız.

ABŞ – 160 DOLLAR

KANADA – 100 KANADA DOLLARI – (76.41 ABŞ DOLLAR)

Məlumat üçün bildirək ki, Kanadaya viza almaq üçün "VSF” şirkətinin xidmətlərindən yararlanmaq üçün əlavə 114 manat ödəməlisiniz.

BRAZILIYAYA VIZA RÜSUMU ISƏ 20 DOLLARDIR.

Sinqapura vizanı online əldə etmək mümkündür. Bu zaman isə rüsum 50 DOLLAR olur. Hazırda rusiyalı turistlərin ən çox üz tutduğu ölkələr arasında lider olan Tailanda viza isə 40 DOLLARDIR.

Azərbaycanlıların ən çətin viza ala biləcəyi ölkə isə Çindir. Belə ki, Çinin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu ölkəyə 2 cür viza almaq olar. Bunlar biznes və turistik vizadır.

Lakin Çinə getmək istəyirsinizsə, özünüzdən əlavə minimum 3 nəfər şəxs tapmalısınız ki, Çinə səfər etsin.

Belə ki, ötən ilin iyulundan tətbiq edilən qaydalara əsasən, Çinə turist kimi getmək istəyənlər 4 nəfərdən az olmamalıdır. Çin vizasının rüsumu isə bir nəfər üçün 40 DOLLARDIR.

Bu viza 30 gün müddətinə verilir və onunla bir dəfə gediş-gəliş etmək olur. Çinə ən çox viza 6 ay müddətinə verilir. Amma mütləqdir ki, bu müddət ərzində Çinə ən azı 2 dəfə səfər edəsiniz. Bunun üçün viza rüsumu 60 DOLLARDIR.

Honqkonqa 14 günlük viza rüsumu isə 30 DOLLAR müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR