Hava
Los-Ancelesdə mövsümlərin kəskin dəyişməsi yoxdur. Orada bütün il boyunca rahat isti hava hökm sürür, okeanda suyun temperaturu adətən sərindir. Çimərlik üçün ən yaxşı mövsüm iyul və avqust aylarıdır, lakin bu vaxtlar Santa-Monika çimərliklərində daha çox turist olur.
Tibb
Amerika Birləşmiş Ştatlarına səfər etməzdən əvvəl tibbi sığortanı rəsmiləşdirmək, eləcə də seçilmiş sığortanın Birləşmiş Ştatların ərazisində etibarlı olduğuna əmin olmaq lazımdır.
Turistlər bilməlidirlər ki, ABŞ-da bir çox dərmanlar, o cümlədən antibiotiklər müstəsna olaraq, yalnız ABŞ-n klinikalarında verilən resept əsasında satılır. Ona görə də bütün zəruri dərmanları özünüzlə götürmək daha yaxşı olar.
Qanunlar
ABŞ –nın qanunvericiliyini də bilmək faydalıdır. Spirtli içkiləri yalnız 21 yaşından böyük şəxslər ala bilər. Bununla yanaşı, hətta turistin 50 yaşı olsa belə, yoxlamaq üçün ondan sənədləri tələb edə bilərlər. YHQ riayət edilməməsi sizi ciddi cərimələrin tətbiq edilməsi təhlükəsi ilə üz-üzə qoya bilər, bu cərimələr siz səfərdən qayıtdıqdan bir neçə ay sonra poçt vasitəsilə gələ bilər.
Əgər yolda sizi polis saxlatmışsa – maşında qalın. Qapını açmaq cəhdi həbslə nəticələnə bilər.
Amerikada metronun, dövlət qurumlarının və körpülərin şəklini çəkmək qadağandır.

Alış-veriş
Amerikada malın məbləğin 8-20%-ni təşkil edən mal vergisi mövcuddur. Bu vergi menyuda gördüyünüz qiymətə daxil edilməmişdir, ona görə də bu məbləği gördüyünüz qiymətin üzərinə gəlmək lazımdır.
Gəzməli-görməli yerlər və əyləncələr
İstənilən attraksion parklarını və iri turist məkanlarını həftə içi ziyarət etmək daha yaxşı olar. İstirahət günləri buraya yalnız turistlər deyil, həm də qonşu şəhərlərin sakinləri gəlir. Yaxşı restoranlarda yerləri əvvəlcədən bron etmək lazımdır.