Rodos adasından Bakıya çarter reysi açılacaq

İyun və sentyabrda reyslər həftədə bir dəfə (çərşənbə), iyul və avqustda 2 dəfə (çərşənbə və cümə) olacaq.
Xəbərlər 24 Aprel 2014 00:00 2053
Rodos adasından Bakıya çarter reysi açılacaq

“Aegean Airlines” (Yunanıstan) aviaşirkəti Rodos adasından Bakıya mövsümi reys açılması barədə razılıq əldə edildiyini bildirir.

Yunanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, iyun və sentyabrda reyslər həftədə bir dəfə (çərşənbə), iyul və avqustda 2 dəfə (çərşənbə və cümə) olacaq.

Rodosun Yunanıstanın azərbaycanlılar üçün maraq kəsb edəcək başqa turist regionları ilə (Krit, Kos, Santorini, Mikonom) yaxşı nəqliyyat qovşağı (birbaşa və ya Afina vasitəsilə) var..

Azərbaycan mətbuatı bildirir ki, yayda Yunanıstan aviaşirkətləri Krit adasına uçuş təklif edəcək. Amma bu hələ rəsmən təsdiq edilməyib.

OXŞAR XƏBƏRLƏR