Bəzi ölkələrdəki 10 ən maraqlı qadağa
Xəbərlər 25 Fevral 2017 00:00 806
Hər ölkənin öz qayda qanunları var. Onlara əməl etməyənlər cəzalandırılır. Bəzən bu qadağalar çox qəribə və biraz da qeyri-adi görünə bilir. Sizə həmin qəribə qadağalardan bəzilərini təqdim edirik.
- 1.Sinqapurda küçədə saqqız çeynəmək qadağandır. Pul və ya həbs cəzası ilə nəticələnir. Burada digər maraqlı qadağa isə ətraf mühiti çirkləndirənlərlə bağlıdır. Belə ki, əgər siz Sinqapurda yerə 3 dəfə zibil atsanız üzərində “mən ətrafımı çirkləndirirəm”, – yazısı olan önlüklə bazar günləri küçələri təmizləməli olacaqsınız.
- 2.Taylandda küçəyə çeynənilmiş saqqız atan 600 dollar cərimələnir. Cərimə ödənməsə, həbs təhlükəsi var. Kimsə Tayland pulunu ayaqlaya bilməz.
- 3.Avstraliyada uşaqların siqaret alması qadağandır, ancaq siqaret çəkməklərinə qadağa yoxdur. Boş avtomobildə maşının açarlarını qoymaq qanunla qadağan edilib.
- 4.Meksikada cəmiyyət içində yüksək səslə söyüş söymək qadağan edilib.
- 5.ABŞ ştatlarının birində yeriyərkən asqırmaq qadağandır, cəzası 100 dollar.
- 6.Pensilvaniyada hamamda mahnı oxumaq olmaz.
- 7.Vaşinqtonda loli-pop yemək qadağandır.
- 8.Fransada donuzlara Napaleon adı qoymaq qadağandır.
- 9.Səudiyyə Ərəbistanında din dəyişməyin cəzası ölümdür.
- 10.Səudiyyə Ərəbistanda çox nadir hallarda qar görünsə də, bu ölkədə qar adamı düzəltmək olmaz.
OXŞAR XƏBƏRLƏR