Azərbaycanda ilk dəfə təyyarə turu olacaq – QİYMƏTLƏR

Xəbərlər 27 Fevral 2017 00:00 1556
Azərbaycanda ilk dəfə təyyarə turu olacaq – QİYMƏTLƏR

Yerli və xarici turistlərin  ölkəmizdə ən çox səfər etdiyi yerlərdən biri olan Qəbələyə təyyarə ilə tur təşkil olunur. Bu ölkə daxili turizm sahəsində bir ilkdir. Seyyah.az  xəbər verir ki, “Terra Travel” turizm şirkəti fərqlənmək qərarına gəlib və Qəbələyə turu təyyarə ilə təşkil edir.

Qeyd edək ki, Bakı ilə Qəbələ arasında məsafə 225 kilometrdi. Avtobusla bu yol 4 saat ərzində qət olunur. Amma  təyyarə ilə təşkil olunan yeni tur zamanı yola 55 dəqiqə vaxt sərf olunacaq.

Təyyarə ilə səyahətin  qiyməti 310 manatdır. Məbləğə 3 gün 2 gecə “Qafqaz Qabala City Hotel”də qonaqlama, Bakı-Qəbələ-Bakı aviabileti, hava limanı-hotel-hava Limanı transfer, spa və hotel xidmətlərindən istifadə, həmçinin səhər yeməyi daxildir. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Turun proqramına Çuxur Qəbələyə, Qəbələnd İstirahət və Əyləncə Mərkəzinə, Nohur gölünə, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə,  Tufandağ - Qış Yay Turizm İstirahət Kompleksinə və Qəbələ Atıcılıq Klubuna ekskursiyalar daxildir.

Qeyd edək ki, Tufandağ - Qış Yay Turizm İstirahət Kompleksindən başqa digər ekskursiyalara 1-2 manat ödəyəcəksiz. Qış-Yay istirahət mərkəzinə giriş  isə 10-17 manat arasında dəyişir.

Onu da deyək ki, turun başlamağına 10 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğ geri qaytarılmır. 

 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR