Gürcüstandan Avropaya vizasız getməyin tarixi – MƏLUM OLDU

Xəbərlər 27 Fevral 2017 00:00 567
Gürcüstandan Avropaya vizasız getməyin tarixi – MƏLUM OLDU

Avropa İttifaqı (Aİ) Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması vəziyyətini qəbul edib. Seyyah.az  xəbər verir ki, kommünikedə Aİ və Avropa Parlamentinin indi qəbul edilmiş qaydaları imzalamalı olduğu vurğulanıb. Sonradan mətn Aİ-nin rəsmi jurnalında nəşr olunacaq və 20 gün müddətində viza rejiminin dayandırılması mexanizmi ilə eyni anda qüvvəyə minəcək.

Bu isə o deməkdir ki, biometrik pasportları olan Gürcüstan vətəndaşlarının biznes, turizm və ya ailəvi məqsədlər üçün 90 gün müddətində Aİ ölkələrinə səfər etməsi halında vizaya ehtiyac olmayacaq. Sənədə əsasən, bu qaydalar yalnız İrlandiya və Birləşmiş Krallığa tətbiq edilməyəcək.

 

Qeyd edək ki, fevralın 28-də analoji qərar Ukrayna üçün də qəbul olunmalıdır.

 Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR