Tiflis hotellərində – QİYMƏTLƏR

Xəbərlər 27 Fevral 2017 00:00 692
Tiflis hotellərində – QİYMƏTLƏR

Qarşıdan Novruz bayramı yaxınlaşır. Bu isə o deməkdir ki, bir çoxları istirahət etmək üçün müxtəlif məkanlara üz tutacaqlar. Tiflisə azərbaycanlı turistlərin üstünlük verdiyini nəzərə alaraq. Seyyah.az oxucularına Tiflis hotellərinin qiymətlərini təqdim edir.

“Metekhi's Galavani Hotel”

Hotel Tiflisdə, Şardeni küçəsi yaxınlığında yerləşir. Mehmanxanın pəncərəsindən dağlara və çaya mənzərə açılır. Otel Şota Rustavelli teatrının yaxınlığında yerləşir. Hotel beynəlxalq hava limanından 13 kilometr aralıda yerləşir. Mehmanxanada nömrə sayı azdı - cəmi 3 nömrə.

Mehmanxana ərazisində pulsuz wifi var. Bundan başqa vanna otaqları ləvazimatları pulsuz təqdim olunur. Qiymətlərə gəlincə isə burada bir gecə qalmaq 88-111 manat (50-65 dollar) arasında dəyişir.

İki nəfərlik standart otaqda bir nəfərin gecələməsi üçün məbləğ 88 manatdır (50 dollar). Səhər yeməyi üçün əlavə 7 manat ödəməli olacaqsız. Bütün nömrələrdə ayrı vanna otaqları var.

Digər bir nömrəyə isə 111 (65 dollar) manat ödəməklə hoteldə qonaq ola bilərsiz. Bu qiymətə səhər yeməyi də daxildir.

“Hotel Tbilisi Central by Mgzavrebi”

Hotel Tiflis dəmiryolu vağzalının binasının 6-7 ci mərtəbəsində yerləşir. Mehmanxana mərkəzi Rustavelli prospektindən 3.5 kilometr aralıda yerləşir. Burada qonaqlara bələdçi xidməti də təklif edir. Hotel 2014-ci ildən fəaliyyət göstərir və 42 nömrəsi var.

 

Mehmanxanada pulsuz wifi və hava limanına gediş-gəliş xidməti təklif olunur. Həmçinin, pulsuz avtomobil dayanacağı da qonaqlara təqdim edilir. Mehmanxanada 5 nəfərlik ailəvi nömrələr də var. Bir nəfərin oteldə 1 gecə qalması 104 (59 dollar) manatdır. Səhər yeməyi üçün əlavə 7 manat ödəməli olacaqsız.

“Bonus Hotel”

Hotel Tiflisdə “Avlabari” metro stansiyasının yaxınlığında yerləşir. Nömrələr klassik formada dizayn edilib. Mehmanxanaya gəldiyiniz ilk gün pulsuz Gürcü şərabına qonaq ediləcəksiz. Mehmanxana 2014-ci ildən fəaliyyət göstərir. Ümumilikdə hoteldə 12 nömrə var.

Otaqların qiymətlərinə gəlincə isə məbləğ 40-104 manat  (22- 59 dollar)arasında dəyişir. İki nəfərlik standart otağın bir nəfər üçün qiyməti  49 manatdır (28 dollar). Göstərilən qiymətə səhər yeməyi də daxildir. Digər standart otaqların qiyməti isə 63 manatdır (36 dollar). Hoteldə ən bahalı nömrənin qiyməti  104 manatdır (59 dollar). Bu nömrədə 5 nəfərin qonaq olması mümkündür.

“Aleksandria Hotel”

2 ulduzlu mehmanxana Tiflisdə Azadlıq meydanının yaxınlığında yerləşir. Mehmanxanada qonaqlara pulsuz wifi və səhər yeməyi təklif olunur. Qiymətlərə gəlincə isə bir nəfərlik otaqda gecələmək 70 manatdır (40 dollar). İki nəfərlik standart otaq isə 104 manata (59 dollar) başa gəlir. Göstərilən qiymətə səhər yeməyi daxildir. 3 nəfərlik standart otaqların qiyməti 125 manatdır (72 dollar).

“Green Panorama Hotel”

Hotel Azadlıq meydanının yaxınlığında yerləşir. Hava limanı hoteldən 11 kilometr aralıda yerləşir. Mehmanxanada ümumilikdə 14 nömrə var. Hotel ərazisində pulsuz wifi xidmət göstərir. Bütün otaqlarda qonaqlar üçün PS3 quraşdırılıb.

Nömrələrin qiymətlərinə gəlincə isə bir nəfərlik çarpayısı olan otaqların qiyməti 56 manatdır (32 dollar). İki nəfərlik standart otaqlar isə 70 manatdır (40 dollar).

”King size” ölçülü çarpayısı olan otaqların qiyməti  75 manatdır (43 dollar). Bu nömrələrin eyvanı da var.

 

3 nəfərlik otaqların qiyməti isə 112 manatdır (64 dollar). Qeyd edək ki, göstərliən qiymətə səhər yeməyi də daxildir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR