Aya uçan turistlər məlum oldu – ÖDƏNİŞ EDİLİB

Xəbərlər 28 Fevral 2017 00:00 476
Aya uçan turistlər məlum oldu – ÖDƏNİŞ EDİLİB

Rusiyanın ardınca ABŞ da kosmosa turist aparacaq. ABŞ-ın "SpaceX" şirkəti 2018-ci ilin sonunda Ay ətrafına bir həftəlik iki kosmik turist göndərməyi planlaşdırır.

Bir müddət öncə Rusiyanın “KosmoKurs” şirkəti ilk sınaq uçuşunu 2018-ci ildə həyata keçirəcəyini açıqlamışdı.

Seyyah.az qərb KİV-nə istinadən xəbər verir ki,  səyahət sınaq uçuşları bu ilə planlaşdırılan ağır "Falcon Heavy" raket daşıyıcısının köməkliyi ilə "Dragon 2" gəmisi vasitəsilə həyata keçiriləcək.

 

Qeyd edək ki, turistlərin Ay səthinə enməsi planlaşdırılmır.  "SpaceX" səyahətə çıxacaq turistlərin adlarını açıqlamayıb. Artıq turistlər uçuşa görə vəsaitin əsas hissəsini ödəyiblər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR