Britaniya hotelləri rüsvay oldu – ANTİSANİTARİYA

Xəbərlər 28 Fevral 2017 00:00 842
Britaniya hotelləri rüsvay oldu – ANTİSANİTARİYA

 

Yüzlərlə Britaniya hoteli sanitar yoxlamadan keçməyib. Belə ki, 5 ulduzlu və gecəsi 190 funtdan (236 dollar) başlayan hotellər belə,  gigeyenik nəzarətdən keçməyib.

Seyyah.az xəbər verir ki, “Which” istehsalçılar qrupu  652-dən çox hotelin, qonaq evinin yoxlanışdan keçmədiyini bildirib. Həmçinin hotellərin “FSA”  qida standartlarından da keçmədiyi məlum olub. Belə ki, İngiltərə və Şotlandiyada  qonaqlara sadalanan göstəricilərin təqdim edilməsi vacib olmadığından mehmanxanalar bu kimi yoxlamalardan yayınırlar.

“The Telegraph” dərgisinin verdiyi məlumata görə,  5 ulduzlu  “Royal Horseguards” hoteli  müfəttiş  yoxlamasından sonra heç iki bal da almayıb. Baxmayaraq ki, hotel Londonun mərkəzində yerləşir və bu hoteldə gecələmək minumum 190 funtdan (236 dollar) başlayır.

York şəhərində yerləşən 4 ulduzlu “Dean Court Hotel” isə gigiyena yoxlamasından  cəmi 1 xal alıb. Birminqemdə yerləşən  “Novotel” mehmanxanasında vəziyyət daha acınacaqlı olub. Belə ki, yoxlanış zamanı hotelin mətbəxində  milçək və həşaratların at oynatdığı məlum olub. Baş verənlərlə əlaqədər “FSA” və “Which” təşkilatı gigiyenik reytinqi ictimailəşdirmək qərarına gəliblər.

Mənbə: Turizm.fins

 

 

OXŞAR XƏBƏRLƏR