Səyahət edərkən hava-su kimi lazım olan Proqramlar…

Xəbərlər 5 Mart 2017 00:00 1125
Səyahət edərkən hava-su kimi lazım olan Proqramlar…

Əlimizdən bir an belə yerə qoymadığımız  cib telefonları səyahət edərkən də ən böyük yardımçımız olur. İlk dəfə getdiyiniz yerlərdə istiqamətinizi itirsəz belə yolu asanlıqla tapmaq olur. Bəs səyahət zamanı istifadə edilən ən  faydalı proqramlar hansılardır?

Google Maps

 

İstər ölkə daxilində, istərsə  də xaricdə hara gedirsinizsə gedin itmədən istiqamətinizi tapa bilmək vacib məqamdır. Bu cür vəziyyətlərdə köməyinizə çatan Google Maps dünya üzə  bu sahədə ən yaxşı proqramların birincisidir.

Google Maps təkmilləşmiş  axtarış funksiyaları sayəsində gedəcəyiniz yer hara olursa olsun- otel, restoran və ya muzey - qısa zaman ərzində , heç bir çətinlik çəkmədən asanlıqla tapılır. Pulsuz olaraq istifadəçilərə təqdim edilən Googlenin xəritə tətbiqini səfər müddətində istədiyiniz an istifadə edə bilər və başqalarından  ünvan soruşmadan  çatmaq istədiyiniz yeri tapa bilərsiniz.

AirBNB

 

Dünyada son illərdə səyahət trendlərindən biri də bölgədəki otel və alternative evlər arasındakı  fərqi müəyyənləşdirməkdi. Bu mövzuda dünyanın ən yaxşı proqramları arasında yer tutan AirBNB xüsusilə böyük ailələr və  qrup şəklində istirahət edən kollektovlər  üçün çox faydalıdır. Onlar bu proqram vasitəsilə qənaət etmək imkanı əldə edirlər.

Proqramda bir ev və ya otaq kirayəyə götürmək üçün etməniz lazım olan tək şey ehtiyacınız olan parametrləri göstərərək  axtarış etmənizdir.  Sonrakı mərhələdə isə təqdim edilən variantlar arasından  şəhər mərkəzinə yaxınlıq, otaq sayı və ya qiymət kimi xüsusiyyətləri nəzərə alaraq bir neçə dəqiqə ərzində  seçim edə bilərsiz. 

Jatl Lag Rooster

 

Xüsusilə xaricdə çox uzaq bir şəhərə səfər edirsinizsə zaman fərqi səbəbindən dolayı  jat lag (çaş-baş qalmaq )   ola bilərsiniz. Bu problemi tamamilə aradan qaldırmağı məqsəd qoyan bu tətbiq gedəcəyiniz yerə görə bir yuxu planı çıxarır və hələ oraya çatmamış yuxu nizamınızı planlaşdırma imkanı təqdim edir. Xüsusilə yeni bir şəhər və ya ölkədə ilk bir neçə gün özünüzü yorğun hiss edirsinizsə  və yatmaqda çətinlik çəkirsinizsə, Jet Lag Rooster tam sizlikdi.

Google Translate

 

Yenə Google tərəfindən təqdim edilən pulsuz bir tətbiq olan Google Translate dünya üzərində danışılan tam 100-dən çox dil arasında anında tərcümə xidməti verir. Google Translate üzərindən Türkcədən  İngiliscəyə, Almancadan fransız caya , ümumiyyətlə dünyada danışılan dillərin az qala hamısını çevirə bilir. Xaricdə  alış-veriş edərkən və ya restoranlarda sifariş verərkən çətinlik çəkmədən ünsiyyət qura bilərsiniz. Tətbiq sayəsində sözlərin yanında cümlələrin tərcüməsini də anlıq olaraq edə bilərsiniz.

Wi-fi Finder

 

Texnologiya və internet get-gedə həyatımızın vazkeçilməz  hissəsi olur. Vəziyyət beləykən internetdən uzaq bir səyahət də bir mümkün deyil. Səfər müddətində internetə daxil olmaq üçün  yaxınlıqdakı  kabelsiz əlaqə nöqtələrinə anında çatmaq istəsəniz telefonunuza Wi-fi Finder tətbiqini yükləyə bilərsiniz. Tətbiq sayəsində ən yaxında olan ortaq wi-fi sahələrini görə bilər və bu yerlərdə internetə girərək əməliyyatlarınızı asanca həll edə bilərsiniz.

Goldstar

 

Xarici ölkələrə səyahət edən səyyahların ən çox şikayət etdikləri mövzulardan biri də incəsənət və mədəniyyət tədbirlərinin bilet qiymətlərinin yüksək olmasıdır. Əgər çox sayda  maraqlı konsert, musiqi və ya mərasimlərə qatılmaq istəyib, ancaq çox pul xərcləmək istəmirsinizsə ,Goldstar proqramı sayəsində səyahət etdiyiniz şəhərdə təşkil edilən fərqli tədbirləri görə bilər və uyğun qiymətlərə bilet taparaq  büdcənizə uyğununu  ala bilərsiniz.

Təyyarə Bileti by Enuygun

Uyğun qiymətə təyyarə bileti tapmaq və almaq da səyahət edərkən ən əhəmiyyətli mövzulardandır. Bu sahədə çox sayda seçimlər olsa da sadə dizaynlı və istifadəsi asan xüsusiyyətləriylə önə çıxanlardan biri Təyyarə Bileti by Enuygun proqramıdır. İstər ölkə daxilində ,istərsə də xaricdə gedəcəyiniz şəhərə uçuşları saniyələr içində siyahıya alan proqram  təyyarə bileti almağı heç olmadığı qədər asanlaşdırır.

Fərqli hava yollarına aid uçuşları tarix, saat intervalı və ya qiymətlərinə görə sıralayan proqramın ən əhəmiyyətli üstünlüklərindən biri də səyahət edənlərə vaxt qazandırmasıdır. Proqramı cib telefonunuza endirərək istədiyiniz an ən uyğun təyyarə biletlərini müqayisə və asanlıqla ala bilərsiniz.

Ship Mate

 

Xüsusilə böyük sərnişin gəmiləriylə səyahət etməyi sevənlər üçün ən yaxşı proqramlardan biri isə Ship Mate. Proqram sayəsində  gedəcəyiniz ünvanlarda  gəzməyə dəyəcək yerləri, alış-veriş edə biləcəyiniz mərkəzləri və daha nələri öyrənərək gedəcəyiniz yerə çatana qədər səyahət planınızı qura bilərsiniz. Proqramın ən böyük üstünlüklərindən biri  də sizinlə birlikdə səyahət edən digər yolçuları da tanımaq, onlarla sosiallaşmaq imkanını yaratmasıdır.

Tango

 

Səyahət ərzində ,xüsusilə xaricdə  olarkən sevdiklərimizlə asanlıqla  ünsiyyət qurmaq da ən əhəmiyyətli mövzulardan biridir. Gedəcəyiniz yerlərdə bəzən danışıq  və mesajlaşma tariflərinin  ümumiyyətlə bahalı olması istifadəçiləri internet üzərindən xəbərləşməyə istiqamətləndirir.

Bu mövzuda da seçimlər xeyli çox olsa da, istifadəçinin cib telefonunda olması sayəsində Tango internet üzərindən görüntülü danışmaq istəyənlərin başlıca seçimi olmağı bacarır. Tango ilə danışmaq üçün qarşınızdakı adamın cib telefonunda da proqramın yüklənmiş olması lazımdır.

SeatGuru

 

Təyyarədə yer seçimi edərkən daha çox nəyə diqqət edirsiniz? Geniş olmasınımı, yoxsa pəncərəyə yaxın olmasınamı və ya tualetəmi yaxın olmasına? Dünyada çox səyahət edən səyyahlar tərəfindən ən çox istifadə edilən proqramlardan  biri olan SeatGuru sayəsində səyahət edəcəyiniz təyyarədəki ən yaxşı oturacağı qısa müddətdə tapa bilərsiniz.

 

 

OXŞAR XƏBƏRLƏR