İsveçrəlilər ölkəni niyə tərk edir? - SƏBƏBLƏR

Xəbərlər 5 Mart 2017 00:00 563
İsveçrəlilər ölkəni niyə tərk edir? - SƏBƏBLƏR

 İlbəil daha çox  isveçrəli öz ölkəsini tərk edir. İsveçrəlilər daha çox Frandada yaşamağa üstünlük verirlər.

Seyyah.az İsveçrənin Daxili işlər üzrə departamenti EDA-ya istinadən xəbər verir ki, təkcə 2016-cı ildə İsveçrənin xarici ölkələrdəki, diasporu 3 faiz artıb.

Bundan başqa 2016-cı ildə İsveçrənin xarici ölkələrdəki konsulluqlarında 21 784 nəfər Konfederasiya vətəndaşı qeydiyyatdan keçib. Hazırki statistikaya görə, xarici ölkələrdə 774 923 isveçrəli yaşayır ki, onların da 60%-i Avropa ölkələrinə üstünlük veriblər.

İsveçrə diasporunun ən güclü olduğu ölkə Fransadır. Bu ölkədə 200 min isveçrəli yaşayır. Konfederativ ölkənin vətəndaşlarının Fransadan sonra ən çox sevdiyi ölkə Almaniyadır. Burada 90 min isveçrəli yaşayır. 80 min ABŞ-da, 50 min nəfər isveçrəli isə İtaliyada yaşayır. Həmçinin, Türkiyədə isveçrəlilərin daim yaşamaq üçün üz tutduğu ölkələr arasında yer alıb.

Maraqlı məqam isə odur ki, İsveçrəni daha çox bu ölkənin xanımları tərk edir. Bu ölkənin gəncləri daha çox İzrailə köçməyə üstünlük verirlər. Yaşlı isveçrəlilər isə cavanlardan fərqli olaraq İspaniya və ya Taylandı seçirlər. Belə ki, adı çəkilən ölkələr üz tutan əksər  isveçrəlilərin yaşı 65-dən çoxdur.

İsveçrəliləri köçməyə nə vadar edir?

Miqrasiya məsələləri üzrə federal komissiyanın rəhbəri Valter Lyamqruber əvvəllər vətəndaşların ölkəni tərk etməsinə səbəb maddi vəziyyətin çətin olması ilə əlaqələndirib. Hazırda ölkəni tərk edən vətəndaşların yaş göstəricisi 20-35 arasındadır və onlar daha yaxşı təhsilə malikdirlər. Valter Lyamqruber bildirib ki, bu gənclər xaricdə daha çox uğur qazanacaqlarını düşünürlər.

Mənbə: Turizm.fins

 

OXŞAR XƏBƏRLƏR