Dubay hava limanında baqajların qablaşdırılması yeni qaydalar əsasında aparılacaq. Yeni qaydalara əsasən, bundan sonra üstü hamar olmayan yük çantaları təyyarəyə buraxılmayacaq.
Seyyah.az xəbər verir ki, yeni qayda 2017-ci il martın 8-dən qüvvəyə minəcək. Artıq adıçəkilən hava limanı bütün avaişirkətlərə yeniliklə bağlı xəbərdarlıq edib və həmin şirkətlərdən öz sərnişinlərini məlumatlandırmalarını tələb edib.
Qeyd edək ki, yeni qaydalar əsasında paketlənməyən baqaj, qeydiyyata buraxılmayacaq və baqajı sərnişin özü ilə götürə bilmək üçün əlavə ödəniş edib yeni qaydalar əsasında paketləmə aparmalı olacaq.
Xatırladaq ki, Dubay hava limanı dünyada ən böyük yük sistemi olan hava limanıdır.
Mənbə: Turizm.fins