Azərbaycan hotellərinin ulduz "oyunu" – DƏRƏCƏNİ GİZLƏDİRLƏR

Xəbərlər 7 Mart 2017 00:00 609
Azərbaycan hotellərinin ulduz "oyunu" – DƏRƏCƏNİ GİZLƏDİRLƏR

DAİR Hotellər və Restoranlar Assosiasiyası ötən ilin turizm bazarı ilə bağlı monitorinq aparıb. Assosiasiyadan  seyyah.az-a verilən məlumata görə,  ən populyar olan www.booking.com bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol verib. 

“Turistlər arasında populyar olan bir sıra beynəlxalq bronlaşdırma sistemləri var. Bunlar www.booking.com; www.tripadvisor.com; www.hotels.com və digərlərini sadalamaq olar. Assosiasiyan;n apardığı araşdırma nəticəsində  aşkar olub ki, ən populyar olan www.booking.com bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol veriblər”.

Assosiasiyadan bildirilib ki,  bu hal həm mehmanxana rəhbərliyinin və həm də adıçəkilən resursun səhlənkarlığından irəli gəlir. Belə ki, bir sıra mehmanxanalar təsnifatdan keçmədən və yaxud keçmişdə təsnif edilmiş və sonralar bunun zamanı bitsə də məlumatı yeniləməyiblər.

DAİR-in hesabatına görə, bu mehmanxanalar təsnif edilmədən bronlaşdırma sistemində 3* və 4* ulduzlu kimi göstərilib: 

"Nemi Hotel”,

“Riva Hotel”,

“Amber Hotel”,

“Jasmine Hotel”,

“Villa Hotel”,

“Swan Hotel”,

“Shams Hotel”,

“Bayil Inn”,

“Baku Palace Hotel”,

“Sea Port Hotel”,

“Empire Hotel”,

“City Center Hotel”,

“AEF Hotel”,

“Böyük Gala Hotel”,

“Old East Hotel”

Bunlardan başqa, 2* ulduzlu “Alstadt Hotel” sistemdə isə 3 ulduzlu, 3* ulduzlu “Askar Hotel” isə 4* ulduzlu kimi göstərilib.

Qeyd edilib ki, Assosiasiya Booking.com şirkətinə bir daha müraciət edərək mehmanxanaların ulduz kateqoriyasının  düzgün göstərilməsini tələb edəcək.

Assosiasiya hesab edir ki, bu çox sadə bir yolla həll edilir – sistemə düşən hər bir mehmanxana təsnif edildiyi haqqında dövlətin rəsmi sənədini təqdim etməlidir.

OXŞAR XƏBƏRLƏR