Vaşinqtonda nəyi görməli

Xəbərlər 7 Mart 2017 00:00 1176
Vaşinqtonda nəyi görməli

Ağ ev – ABŞ-n siyasi mərkəzidir. O, bütün prezidentlərin rəsmi rezidensiyasıdır. Bina altı mərtəbədən ibarətdir: iki kürsülü mərtəbə, iki rəsmi qəbullar üçün və iki mərtəbə də prezidentin ailəsi üçündür.

Ekskursiya ilə Ağ evi ziyarət edən turistlər ən gözəl və ən məşhur otaqları görəcəklər: Şərq otağı, Yaşıl otaq, Qırmızı otaq və rəsmi tədbirlər üçün yemək otağı.  Bu otaqlar rəsmi qəbullar üçün prezident və birinci xanım tərəfindən istifadə olunur.

Kapitoliy

ABŞ konqresi fəaliyyət göstərdiyi Kapitoliy binası şəhərin mərkəzində Kapitoliy təpəsində yerləşir.  Ekskursiya zamanı turistlər Amerikanın məşhur simalarının heykəlləri və şəkillərlə bəzədilmiş Potondonu ziyarət edirlər. Ziyarətçilər həmçinin Nümayəndələr Palatasının və Senatın iclaslarında iştirak edə bilərlər.

Azadlıq heykəli Konqres binasının 87 metr hündürlüyündə nəhəng qübbəsini bəzəyir. Kapitolinin qübbəsi daxili tərəfindən Vaşinqtonu Olimp allahlarının əhatəsində təsvir edən freska ilə işlənmişdir.  

ABŞ  Konqresinin kitabxanası

Vaşinqtona səyahət edərkən turistlər üçün dünyanın ən böyük kitabxanalarından birini –  ABŞ  Konqresinin kitabxanasını ziyarət etmək imkanı yaranır.  O, 1800-cu ildə yaradılmış, 1870-ci ildə isə  ABŞ ərazisində dərc edilən istənilən ictimai  nəşrlərin saxlancına çevrilmişdir.

Ümumilikdə kitabxanada 33 milyona yaxın kitab vardır, onun ümumi fondu isə 147 milyon saxlama vahidi təşkil edir. Konqresinin kitabxanasında 1460 yerlik 18 oxu zalı vardır. Kitabxana Kapitoliy təpəsində üç binada yerləşir.

Vaşinqton monumenti

Vaşinqton monumenti  mərmərlə üzlənmiş 169 metr hündürlüyündə qranit obeliskdir. O, 1884-cü ildə açılmışdır və həmin dövr üçün dünyada ən yüksək tikili hesab olunurdu. Monument Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqtonun şərəfinə ucaldılmışdır.

Daş sütunun zirvəsində müşahidə meydançası vardır, buradan Vaşinqtona mənzərə açılır. Monumentin zirvəsində şərq tərəfdən  latınca “Laus Deo” (Allaha həmd olsun) sözləri həkk olunmuşdur. Amerika Birləşmiş Ştatlarının paytaxtında hər bir yeni gün günəşin ilk şüasının bu yazını işıqlandırması ilə başlayır.

Smitsonov institutunun  muzey kompleksi

Smitsonov institutunun  muzey kompleksi Amerika Birləşmiş Ştatlarının ən məşhur muzey kompleksidir. O, Amerika tarixi muzeyi, təbiət tarixi muzeyi,  amerikalı hindular muzeyi, Afrika incəsənəti muzeyi, Holokost muzeyi, eləcə də aerokosmik muzeyi özündə birləşdirir.

OXŞAR XƏBƏRLƏR