Şoping festival niyə keçirilmir?

Xəbərlər 11 Mart 2017 00:00 901
Şoping festival niyə keçirilmir?

Azərbaycanda şopinq festivallar üçün vergi güzəşti sistemi hazır olsa da festival keçirilmir. Xeyli müddətdir hazırlıq görüldüyü deyilən şopinq festivallar hələ də baş tutmayıb.

“Növbəti il qarşıda duran əsas məsələlərdən biri şopinq festivalın Azərbaycanda keçirilməsidir”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin sərəncamı ilə yaradılan Turizm Şurasının ötən ilki  iclasında bəyan etmişdi.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Seyyah.az –a bildirdilər ki, adıçəkilən qurumda  festivalın keçirilmə vaxtı barədə hər hansı  məlumatları yoxdur.

Turizm Şurasının üzvləri Fidumə Hüseynova ( Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini) və İlqar Mustafayevdən  (Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi) də festivalla bağlı məlumat almaq istəyimiz baş tutmadı. Adıçəkilən qurumların, rəhbər  şəxsləri olmasa da nümayəndələri festivalla bağlı hər hansı məlumat vermədilər.

Seyyah.az-a müsahibə verən  Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov festivalın hansı səbəbə keçirilməməsi haqqında məlumatsız olduğunu bildirib.

Lakin M. Ağakərimov şoping  festivalın keçirilməsi üçün  yaxşı zaman olduğunu bildirdi. Onun fikrincə, ölkədə baş tutacaq “Formula 1” və İslam Həmrəyliyi Oyunları keçirilən zaman şoping festivalın təşkili müsbət hal olardı.

 

Ekspert deyib bu, ölkəmizə gələcək qonaqların pul xərcləyəcəklərinə, bununla da ölkəmizə əlavə maliyyə vəsaitinin cəlb olunacağını bildirib.  M.Ağakərimov şoping festivalın keçirilməsinin yalnız turizm nazirliyindən asılı olmadığını, festivalın baş tutması üçün digər qurumların da fəal iştirak etməsinin və onların iştirakından çox məsələlərin asılı olduğunu bildirib.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR