Hotelləri daha çox hansı ölkə turistləri bronlaşdırıb?

Xəbərlər 14 Mart 2017 00:00 522
Hotelləri daha çox hansı ölkə turistləri bronlaşdırıb?

Novruz bayramında istirahət günləri üçün Bakıdakı otel yerləri daha çox xarici, regionlardakı otellər isə yerli turistlər tərəfindən bron edilib.

Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Bakıda otellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb. Novruzda Azərbaycanda istirahət edəcək əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları da var.

M.Ağakərimov bildirib ki, Novruzda 9 qeyri-iş günü olmasından istifadə edən Azərbaycan vətəndaşları daha çox regionlardakı otellərdə dincəlməyə üstünlük veriblər.

Onun sözlərinə görə, əsasən Şəki, Qəbələ, Qusar, Qubadakı otellərdə yerlər bronlaşdırılıb.

Qeyd edək ki, bu il Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR