Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysi əlverişsiz hava şəraiti ilə əlaqədar “Çelyabinsk” hava limanına eniş edib. Bu barədə Yekaterinburqdakı “Koltsovo” hava limanından məlumat verilib.
Hava limanının əməkdaşı bildirib ki, təyyarə Çelyabinskdən Yekaterinburqa yerli vaxtla saat 10:43-də (Bakı vaxtı ilə saat 9:43-də) istiqamətlənib. Onun sözlərinə görə, təyyarə 2 saatlıq uçuşun ardından “Koltsovo”ya enməli idi. Amma eniş hələ də baş tutmayıb. Hava limanının əməkdaşı bunun səbəbi barədə rəsmi məlumata malik olmadığını bildirib.
Qeyd edək ki, "Çelyabinsk" hava limanının onlayn lövhəsində “U6-2952” saylı təyyarənin bu gecə yerli vaxtla saat 02:50-də eniş etdiyi və 09:15-də Yekaterinburqa yola düşdüyü barədə məlumat yer alıb.
Lent.az