"Şahdağ Turizm Mərkəzi" işçi axtarır - VAKANSİYA

Xəbərlər 14 Mart 2017 00:00 680
"Şahdağ Turizm Mərkəzi" işçi axtarır - VAKANSİYA

Satış üzrə Agent
 
İş barədə məlumat:
 
-Hotelin tələb seqmentini və tələb/təklifə uyğun olaraq hər bir bazar seqmentinin biznes mənbəyini bilmək.
-Hotelin marketinq və satış planının icrasına kömək etmək.
-Satış komandası tərəfindən tələb olunan adminstrativ sənədləri hazırlamaq, sənədlər toplusunu hazırlamaq (fiziki və elektron), məlumat bazasını qurmaq və idarə etmək.
-Vaxtaşırı telefon, faks və elektron poçta cavab vermək, satış şöbəsinin məktubları ilə maraqlanmaq və yazışmaların məlumat bazasını yaratmaq.
-Satış şöbəsinin aylıq iclaslarında iştirak etmək.
-Birbaşa poçt göndəriş kompaniyalarına kömək etmək.
-Supervayzer / Menecer tərəfindən müəyyən olunmuş sərgiləri təşkil etmək.
-Tender təkliflərinə kömək etmək, reklam agentlikəri ilə əlaqə saxlamaq.
-Birbaşa göndəriş məqsədilə müxtəlif incəsənət nümunələri və flayer üçün maraqlı materiallar hazırlamaq, otaq və       konfrans zallarının təşviqi ilə bağlı fəaliyyətlərə kömək etmək.
-Korporativ hədiyyələrin və təşviqedici məhsulların təhciz və koordinasiya etmək.
-Yeni məhsul və xidmətlərin yaradılmasına kömək etmək.
-Hotelin strategiyasına və marketinq planının işlənməsi və inkişafında yardımçı olmaq.
-Satış imkanlarını yaymaq.
-Biznes tələblərinə uyğun çalışmaq.
 
Namizədə tələblər:
 
Arzu olunan təhsil: Ali Təhsil (Sosial, iqtisadiyyat və idarəetmə ixtisasına üstünlük verilir)
İş təcrübəsi: 1 ildən az olmayan
Kompüterlə işləmə bacarığı:  MS Office Proqramları, İnternet, Web dizayn
Dil tələbləri: Azərbaycan, Rus, İngilis –  əla (yazılı və şifahi)

*Kommunikasiya və münasibət qurma
*Yüksək və pozitiv enerji ötürmə bacarığı
*Layihələrin hazırlanması və idarəedilməsi qabiliyyəti
*Strateji yanaşma və planlı düşüncə tərzi
*Yaradıcılıq yönümlü düşüncə
*Təşkilatçılıq bacarıqları
 
İş şəraiti:
 
İş rejimi – həftədə 5 gün 
İş yeri Qusar regionunda yerləşir
Yaşayış yeri ilə şirkət tərəfindən təmin olunacaq.
Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi cv@hotels.shahdag.az elektron poçt ünvanına göndərin.

CV-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.
Şəkilsiz CV-lərə baxılmayacaq.

OXŞAR XƏBƏRLƏR