Almaniyaya köçmək istəyənlər üçün – ORADA MAAŞ NƏ QƏDƏRDİR?

Xəbərlər 15 Mart 2017 00:00 8838
Almaniyaya köçmək istəyənlər üçün – ORADA MAAŞ NƏ QƏDƏRDİR?

Almaniyada əmək haqları bir-birindən xeyli fərqlənir. Həttə eyni peşə sahibləri müxtəlif amillərdən asılı olaraq fərqli məbləğdə əmək haqqı alırlar.

Bunun səbəbi odur ki, maaşdan tutulan vergilərin məbləği fərqlidir – Almaniyada 5 vergi qrupu var, üstəlik maaşlar veriləndə işçinin dövlətə ödəməli olduğu digər məbləğlər də nəzərə alınır.

 

Ümumilikdə Almaniyada müxtəlif peşə sahibləri aşağıdakı məbləğdə maaş alırlar:

 

Pilotlar  - 7600 avro

 

Vəkillər – 6 000 avro

 

Mühəndislər  - 5 200 avro

 

Həkimlər  - 5 000 avro

 

Müəssisə məsləhətçiləri – 4 500 avro

 

HR mütəxəssislər – 4 500 avro

 

PR menecerlər – 4 300 avro

 

Gimnaziya müəllimləri – 4 100 avro

 

Aptekçilər – 4 000 avro

 

Bank işçiləri – 3 750 avro

 

Memarlar  - 3 250 avro

 

Kimyaçılar – 3 200 avro

 

Avtomobil salonunda satıcılar  - 2 766 avro

 

Tərbiyəçi – 2 500 avro

 

Katibə – 2 410 avro

 

Call senter işçisi – 2 270 avro

 

Aşbaz – 2 230 avro

 

Tibb bacısı – 2 100 avro

 

Parikmaxer – 1 480 avro

 

Bütün bu məbləğlər vergiyə qədər olan maaşları göstərir, yəni bunlardan vergilər və digər ödəmələr tutulur. Nə qədər məbləğin tutulması isə işçinin hansı vergi sinfinə aid olmasından asılıdır.

 

Bundan başqa, göstərilən məbləğlər 100-500 işçisi olan müəssisələrdə həftədə 40 saat işləyən təcrübəli işçilərə verilən orta maaşları göstərir ( yəni məsələn, işə yenicə başlayan aptek işçisi daha az maaş alacaq).

 

Qeyd etdiyimiz kimi, Almaniyada maaşlar bir-birindən fərqlənir. Məsələn qadınların maaşı eyni işdə çalışan kişilərə nisbətən 22% azdır.

Regionlar zrə də fərqlər var. Məsələn, ən yüksək maaş Baden-Vürtemberq vilayətindədir – burada orta maaş 3700 avrodur (vergilər çıxılmadan). Ölkənn şərqində isə orta maaş cəmi 2800 avrodur.

 

Eyni peşə sahiblərinin maaşları onların işlədiyi sahədən asılı olaraq da dəyişir. Məsələn, dağ mədən sənayesində çalışan mühəndisin maaşı orta hesabla 5500 avro olduğu halda, əczaçılıq zavodnuda işləyən mühəndis 4900 avro alır.

 

Almaniyada minimum əmək haqqı saatda 8,5 avrodur. Əgər insan həftə ərzində tam iş vaxtını (40 saat) işləyirsə, ayda onun maaşı 1496 avro olur. Əgər həmin şəxsi uşağı yoxdursa və təkdirsə, bu pulun 389 avrosu dövlət tərəfindən tutulur və həmin şəxs ayda 1107 avro ilə kifayətlənməli olacaq. 

 

Almaniyada maaşlardan hansı pullar tutulur?

Amma uşağın olmamasına görə tutulan məbləğ Almaniyada maaşların azamasının yalnız bir səbəbidir. Əmək haqqından çoxlu sayda başqa tutulmalar da var.

Orta hesabla, 3-4 nəfərlik almani ailəsi ayda 3000 avro pul xərcləyir. 4 nəfər dedikdə 2 böyük, 2 uşaq (biri məktəbli, digəri məktəbəqədər yaşda) nəzərdə tutulur. Hər bir uşağa görə onlar 18 yaşına çatana qədər 190 avro ödənilir.

Almaniyada əsas xərc kirayə haqqına gedir – ayda təqribən 900 avro. Bu orta rəqəmdir, ayrı-ayr hallarda qiymətlər ayda 400 avrodan 1500 avroyadək dəyişə bilər.

 

Ərzaq xərcləri ayda təqribən 550 avrodur – yenə də orta göstəricidir.

Kredit və sığortalar ayda 300 avro xərc aparır. Almaniyada həyatın az qala bütün hallarından sığorta mövcuddur. Pensiya fonduna, işsizlik halı üzrə sığorta fonduna,  tibbi sığortaya, ağır xəstəlik olarsa, sizə qulluq etmək ehtiyacı yaranması ehtimalına görə, eləcə də yarana biləcək hüquqi problemlər zamanı sizin vəkil tərəfindən müdafiə edilməniz üçün sığortaya vəsaitlər ödənilir. 

 

Nəzərə alaq ki, tibbi sığorta xərci maaşın 15,5%-i, kənardan qulluq üzrə sığorta isə 2,55%-i, uşağı olmaynalar üçün bu sığorta maaşın 2,8%-i qədər təşkil edir.

Benzin və maşının saxlanması ayda 280 avro aparır. Almanlar kino, teatr, park v muzeylərə 200 avro, paltar və ayaqqabılara da ayda elə o qədər vəsait xərcləyirlər. Mebel və məişət texnikasına ay ərzində 160 avro xərclərin, ilk baxışdan kiçik məbləğ görünə bilər, amma hər ay bu məbləğ toplanarsa, ildə 2280 avrodur və  bu ciddi alışlara kifayət edir.

Otel və restoranlara 150 avro, tibbi xərclərə 100 avro xərclənir, Almaniyada bütün tibbi xərclər sığorta ilə qarşılansa da, bəzən əlavə xərclər yaranır.

Ayda 88 avro internet, telefon və post xidmətlərinə, 70 avro isə təhsilə yönəlir.

 

Almanların xərclərinin arasında ilk baxışdan diqqəti cəlb etməyən xidmətlər də var. Məsələn kilsə vergisi, yeni torpaqlarla həmrəylik vergisi (keçmiş Almaniya Demokratik Respublikasının iqtisadiyyatını dirçəltmək üçün tətbiq olunan vergi) və s.

OXŞAR XƏBƏRLƏR