AZAL endirimlərə başladı - UCUZ BİLETLƏR

Xəbərlər 16 Mart 2017 00:00 826
AZAL endirimlərə başladı - UCUZ BİLETLƏR

"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.

Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq (vergi və rüsumlar da daxil olmaqla aviabiletin tam qiyməti göstərilmişdir):

BakıNyu-YorkBakı – 599 EUR   

Bakı Milan Bakı – 299 EUR

Bakı Paris Bakı – 299 EUR

Bakı Praqa Bakı – 299 EUR

Bakı Berlin Bakı – 299 EUR

Bakı – Dubay – Bakı – 199 EUR

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 16 – 31 mart 2017-ci il

Uçuş dövrü: 1 aprel6 may 2017-ci il

Endirimli aviabiletlərinin sayı məhduddur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

 

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

OXŞAR XƏBƏRLƏR