Azərbaycandan Rusiyaya - 49 AVROYA BİLETLƏR

Xəbərlər 16 Mart 2017 00:00 590
Azərbaycandan Rusiyaya - 49 AVROYA BİLETLƏR

Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Seyyah.az-ın məlumatına görə, ilk Moskva-Gəncə reysinin yerinə yetirilməsi münasibəti ilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilib.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 20:30-da, Qəbələdən uçuş saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə yerli vaxtla saat 22:20-də baş tutacaq. Reyslər komfortlu A320 laynerləri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, aviabiletlərin qiyməti bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tədbiq olunacaq – baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR