Novruzda azərbaycanlılar ən çox hara gedəcək? – SİYAHI

Xəbərlər 17 Mart 2017 00:00 478
Novruzda azərbaycanlılar ən çox hara gedəcək? – SİYAHI

Artıq sabahdan Novruz bayramları ilə əlaqədər olaraq ölkədə qeyri-iş günləri başlayır. 9 gün müddətində ölkə vətəndaşlarının əksəriyyəti işə getməyəcəklər. Odur ki, çoxları istirahət günlərini ciblərinə uyğun olaraq xoş və fərqli məkanda keçirmək istəyirlər.

Yerli turizm şirkətlərindən verilən məlumata görə  vətəndaşların əksəriyyəti yerli turizm obyektlərinə üz tuturlar. Lakin bu bayram günlərində xarici ölkələri seçənlər də var.

Ən çox sifariş verilən ilk üç istiqamət – İstanbul, Dubay və Tiflis şəhərləridir. İstanbulda 3 gecə 4 günlük istirahət 2 nəfər üçün orta hesabla 400-700 dollara başa gəlir.

Dubaya  tur isə adambaşına 500-800 dollara başa gələcək. Qonşu Gürcüstana tur isə adışəkilən istiqamətlərdən daha ucuzdur. Belə ki, Tiflisdə iki nəfər 3 gecə 4 gün gün üçün  3 dəfə qidalanma ilə cəmi 400-500 dollar xərcləmələri yetərli olacaq.

Bayram günlərində Avropaya da üz tutanlar var. Qədim qitənin ən çox səfər edilən şəhəri Budapeşt olub. Turizm şirkətlərindən bunu onunla əsaslandırdılar ki, həm bu şəhərə turların ucuz olması, həm də azərbaycanlılar tərəfindən daha çox sevilməsi ilə əlaqədar olduğu bildirildi.

Budapeştə 3 gecə 4 günlük turun qiymətləri 1 000-2 000 dollar arasında dəyişir. Lakin Avropada yalnız Budapeştə deyil, İtaliya Fransa və Avstriyaya da tur sifariş edənlər var.

Fransa paytaxtı Parisdə 3 gecə 4 gün iki nəfərin minimal xərci 1 200 dollar, Vyanada 3 gecə 4 gün istirahət isə iki nəfər üçün minumum 900 dollar olacaq. Bundan başqa İtaliyanın Milan, Roma kimi şəhərlərində istərahət 1 500-2 000 dollara başa gələcək.   

 

Mənbə: Fins.az

OXŞAR XƏBƏRLƏR