Yad şəhərdə yaxşı restoran necə seçmək lazımdır?

Xəbərlər 17 Mart 2017 00:00 1755
Yad şəhərdə yaxşı restoran necə seçmək lazımdır?

Yad şəhərdə yaxşı restoran necə seçmək lazımdır?

Səyahət zamanı yemək məsələsi çox önəmlidir. Əgər bütün yerli təamlar dadılmayıbsa səhayət edilməmiş hesab olunur. Kiçik restoranlar heçdə böyük və bahalı restoranlardan az zövq bəxş etmir sadəcə düzgün seçim etmək lazımdır.

Turistik yerlərdən qaçın

Turlar arasında Kolizeyin yaxınlığında qəlyanaltı etmək çox yaxşı fikirdir, ancaq şam yeməyi üçün gəzməli-görməli yerlərə yaxın restoran seçmək çox nadir hallarda uğurlu olur.  Belə yerlərdə yeməyin keyfiyyətinə və xidmətin seviyyəsinə “yerlilərin”restoranlarından daha az əhəmiyyət verirlər.

“Yerlilər” üçün olan məkanlara baş çəkin

Yaxşı restoranlar adətən yerli sakinlərin yaşadığı, işlədiyi və ya istirahət günlərni keçirdiyi yerlərə yaxın yerləşir. Yeri gəlmişkən qeyd edək ki, şəhərin mərkəzində belə yerlər heç də az deyil. Sadəcə gəzərkən harada yerli sakinlərin fotokameralı turistlərdən çox olmasına nəzər yetirin.

Yaxşı restoranlar boş olmur

Restoranda nə qədər boş yer olduğuna nəzər yetirin. Əgər şam yeməyi vaxtıdırsa və restoranda yalnız bir neçə masa doludursa, bu açıq aydın “həyəcan” siqnalıdır

 

Menunu qiymətləndirin

Bir çox məkanlarda menu birbaşa küçədə asılır, yəni içəri keçməyə ehtiyac qalmır. Yaxşı restoranlarda yerli mətbəx mövsümi ərzaqlardan təklif olunur. Əgər qulançarın mövsümü deyilsə yaxşı məkanlar sizə onu təklif etməyəcək.

İş saatları

Keyfiyyətinə zərər dəymədən gecə-gündüz çalışmağı yalnız McDonalds bacarır.Yaxşı restoran adətən nahar və şam yeməyi vaxtlarında açılır. Nahar və şam yeməkləri arasında fasilə olur və o çalışmır.

Mətbəx görünürmü?

Şərhsiz: Əgər zaldan və ya terrasdan odun peç, barbekü(manqal) görünürsə və ya aşpazların necə işlədiklərini izləmək olursa, deməli restoranın gizlətməli heç nəyi yoxdur, əksinə qürurlanır. Cəsarətlə o restoranı seçə bilrəsiniz.

Mənbə: Triponline

OXŞAR XƏBƏRLƏR