Novruz Festivalı keçiriləcək

Xəbərlər 17 Mart 2017 00:00 1192
Novruz Festivalı keçiriləcək

Martın 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək. Festivalı Milli Turizm Təbliğat Bürosu təşkil edəcək.

Seyyah.az xəbər verir ki, Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakıyla Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim ediləcək.

Bundan əlavə, müxtəlif sahələri təmsil edən sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək. Festival proqramı çərçivəsində atlı yürüş təşkil ediləcək. Bu yürüşdə cins Qarabağ atı da nümayiş olunacaq.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR