Eminin Moskvadakı restoranında - Azərbaycan qutabları

"Müştərilərə bütün qutab növləri təqdim olunur"
Xəbərlər 25 Aprel 2014 00:00 899
Eminin Moskvadakı restoranında - Azərbaycan qutabları

Müğənni-bəstəkar Emin “Time to Eat” qəzetinin ilk buraxılışında restoran biznesindən danışıb. İfaçı Moskvada fəaliyyət göstərən restoranında Azərbaycan milli mətbəxinə üstünlük verdiyini bildirib. O, “sizin restorandakı menyu Azərbaycanın milli mətbəxindən nə ilə fərqlənir” sualına belə cavab verib:

“Restoranımda Azərbaycan qutabı hazırlayırlar. Burada qutabın bir neçə növü – balqabaqlı, pendirli, göyərtili, ətli qutab var. Tək fərq odur ki, Azərbaycanda bu qutabları çox böyük edirlər. Burada müştəri gəlib bir qutab yesə doyacaq, başqa heç nə istəməyəcək. Mən də qərara gəldim ki, onların ölçüsünü balacalaşdırım. Müştərilərə bütün qutab növləri təqdim olunur. Beləcə onlar hamısının dadına baxırlar”.

axşam.az

OXŞAR XƏBƏRLƏR