Tiflisin məşhur kükürd hamamları - ŞƏRAİT, QİYMƏTLƏR

Xəbərlər 20 Mart 2017 00:00 1503
Tiflisin məşhur kükürd hamamları - ŞƏRAİT, QİYMƏTLƏR

Tiflisin  məşhur kükürd hamamlarının nə qədər yaxşı yaxud pis olduğunu müqayisə ilə təsvir edə bilməyəcəm, çünki mən ilk dəfə idi ki, belə bir hamamda olurdum. Amma bu hamamları həmişə Tiflisin gəzməli yerləri sırasında görə bilərsiniz. Kükürd hamamlarının suyunun müalicəvi əhəmiyyəti var, deyirlər. Rəvayətə görə, Ağa Məhəmməd Xan Qacar 1795-ci ildə Tiflisi işğal edəndə ona bu hamamlarda çimərsə, “kişiliyi” bərpa olunacaq deyirlər (Qacar 6 yaşında xədim edilmişdi). Lakin kükürd hamamının nəticəsini görməyən Qacar hikkəsindən bütün şəhəri darmadağın edir.abanotubani-1870-george-kennan

Kükürd hamamları, Tiflis / 1870-ci il. Müəllif: George Kennan

Oxuduğum bəzi mənbələrdə göstərilir ki, bu hamamlar fars üslubunda tikilib, lakin tarixi fars hamamlarından fərqli olaraq burada su təbii şəkildə yerdən qaynayaraq çıxır. Bu haqda ilk qeydlərdən birini də, 10-cu əsrdə ərəb səyyah və coğrafiyaşünası Əbu Dulaf edib.

Kükürd hamamları bu gün də öz tarixi görkəmini qoruyub saxlayır. Hamamlar Tiflisin “Müsəlman məhəlləsi” yaxud da “Meydan” kimi tanınan bölgəsində, “Heydər Əliyev parkı”nın yanında yerləşir, Azərbaycan səfirliyi də oradan təxminən 5 dəqiqəlik məsafədədir.Tiflis-kukurd hamami-xerite

Gürcü dilində bu hamamların adı “Abanotubani”dir.

Mən əvvəlcədən o qədər də məlumatlı olmadığım üçün hamama tamamilə hazırlıqsız getdim, yəni özümlə dəsmal, sabun və s. götürmək imkanım var idi. Ona görə də bütün bunları elə oradan pulla almalı oldum, amma qiymətlər elə də baha deyil. Qalın paltar olmasa da, mütləq papaq yaxud şərf götürün:)

 

Giriş: 1 saat- 3 lari (1,20 dollar)

Dəsmal: 1 lari ( 0,40 dollar)

Sabun: 2 lari (0,80 dollar)

Saç qurutmaq ( fen): 2 lari (0, 80 dollar)

Tiflis-kukurd hamamlari (3)Qeyd edim ki, 3 larilik yer ümumi yerdir və saunası yoxdur. Amma istəsəniz xüsusi hamam da sifariş edə bilərsiniz. Bu hamamlarda soyuq və isti saunalar, masaj xidməti var, hətta burada çay da sifariş edə bilərsiniz.

Tək adamlıq hamam ( 1 saat): 20 lari ( 8 dollar)

4 nəfərlik hamam (1 saat): 80 lari (32 dollar)

5 nəfərlik hamam ( 1 saat): 100 lari (40 dollar)

Masaj: 10 lari (4 dollar)

Kisə + masaj: 20 lari (8 dollar)

Çay (çayniklə): 10 lari (4 dollar)

Çay+çərəz: 20 lari (8 dollar)

Xüsusi hamamı əvvəlcədən sifariş etmək lazımdır. Sifariş üçün bu nömrə ilə əlaqə saxlamaq lazımdır:  +995 2 72 20 90

Hamamdan sonra, istirahət etmək və saç qurutmaq üçün içəridə kiçik bir salon da var.

İşçilər arasında azərbaycanlılar çoxdur, söhbət Gürcüstan azərbaycanlılarından gedir. Hamamda qadınlar və kişilər üçün bölmələr ayrı-ayrıdır.

Tiflisə yolunuz düşsə, buranı da “görməli yerlər” listinə əlavə edə bilərsiniz.

Tiflis- kukurd hamamlari

 Mənbə: Samrastravel

OXŞAR XƏBƏRLƏR