Səhər yeməyi barədə bilmədiyiniz - 26 FAKT

Xəbərlər 20 Mart 2017 00:00 827
Səhər yeməyi barədə bilmədiyiniz - 26 FAKT

1. Hər bir xalqın öz zövqü və üstünlük verdiyi amillər vardır. Məsələn, ingilislər səhər yeməyinə yulaf yarması, qarğıdalı yarması, ilıq bişirilmiş yumurta və tünd təzə dəmlənmiş çay içməyi xoşlayırlar. Amerikanlar isə əksər hallarda səhərə portağal şirəsi içirlər, fındıq yağı ilə hazırlanmış buterbrodlar, qızardılmış çörək və s yeyirlər. Ənənəvi fransız səhər yeməyi isə – kruassan və bir fincan südlü qəhvədən ibarətdir. 

2. Belə hesab olunur ki, ən xeyirli sabah yeməyi –ingilislərə, ən sürətli amerikanlara, ən dadlı isə fransızlara məxsusdur. Beləliklə bizim də öyrənməli olduğumuz çoxlu amillər var.

3. Putin hər səhər sıyıq yeyir, lakin hər gün bu sıyıqlar müxtəlif bitkilərdən hazırlanır: yulaf, düyü, qarabaşaq …

4. Bir çox alimlər hesab edirlər ki, yaşlı adamlar öz yemək rasionlarını elə nahardan başlaya bilərlər. Zəngin səhər yeməyinin vacibliyi haqqında fikirlər isə amerikan qarğıdalı çəngələrinin istehsalçıları tərəfindən irəli sürüldüyü deyilir.

5. “Səhər yeməyini özün ye, günortanı dostunla paylaş, şamını isə düşmənə ver” məsələ çox güman ki, həqiqətdən uzaqdır. Yuxuda dincəldikdən sora bizim orqanizm dərhal böyük miqdarda qidaya ehtiyac duymur. Qidanın həzm olunması ağır prosesdir. O, 3-4 saat vaxt tələb edir. Belə çıxır ki, biz güclü səhər yeməyi yeyib, işə yollanmaqla biz qidanın rahat və normal həzm olunmasına imkan vermirik.

6. Qidalanma institutunun mütəxəssisləri belə hesab edir, ideal səhər yeməyinin tərkibi belə olmalıdır: enerji axınını təmin etmək üçün dənli bitkilər; dərhal enerji və vitamin emalı üçün meyvələr; zülal və mineral maddələri təmin etmək üçün – süd məhsulları.

7. Amerikan alimləri belə bir qənaətə gəlmişdir ki, səhər yeməyi yeyən uşaqlar və yeniyetmələr daha yüksək əqli qabiliyyət nümayiş etidirir və dərsləri daha mütəmadi ziyarət edirlər, nəinki səhəri yemədən keçirən uşaqlar.

8. Sübut olunub ki, səhər yeməyinin qəbulu yaddaşı gücləndirir və uşaqların dərslərində daha çox müvəffəqiyyət qazanmasına səbəb olur. Bunun səbəbi çox sadədir, aclıq hissi uşaqların fikrini yayındırmayanda, onlar diqqətini daha yaxşı cəmləyə bilirlər.

9. Dünyanın ən bahalı səhər yeməyi 2003-cü ildə İsveçrədə verilmişdir. Bu səhər yeməyi dünyanın ən hündür dağlıq, hərəkət edən (fırlanan) restoranında baş tutub. Təsəvvür edin ki, buzlağın tam ortasında, füsunkar dağ zirvələrinin əhatəsində – milyonçular kompaniyası səhər yeməyini yeyir. Yeməyin qiyməti 600.000 avro təşkil edib. Bütün məşhur delikateslər süfrəni bəzəyib.

10. Statistikaya əsəsən səhər vaxtı evdə yeməyən avtomobil sürücüləri adətən səhər vaxtı baş verən nəqliyyat qəzalarının iştirakçılarına çevrilirlər.

11. Diyetoloqlar ( pəhriz mütəxəssisləri) səhəri bir stəkan su, çay və ya şirə ilə başlamağı tövsiyə edir. Maye orqanizmə yuxudan ayılmağa və qidanın həzm olunması prosesini başlamağa kömək edir. Həmçinin də süd məhsullarını diqqətdən kənarda qoymayın.

12. Mütəxəssislər “torağaylara” (günün birini yarısı daha aktiv olan insanlara) səhər yeməyi zamanı qəhvədən imtina etməyi tövsiyə edir. Onlara lazım olan məhz yaşıl çaydır. “Bayquşlarda” (günün ikinci yarısı daha aktiv olan insanlar) isə vəziyyət fərqlidir, onlar səhəri bir fincan qəhvə olmadan yola verməkdə çətinlik çəkirlər. Qəhvə onlara daha gümrah olmaqda kömək edir. Səhər saatlarında “bayquşların” iştahası hələ yatmış olur. Ona görə də onların səhər yeməyi daha yüngül olmalıdır. Bir neçə saat sonra isə kəmərin altını bərkitməyin əsl vaxtı yetişir.

13. Roma papalarından biri əksər hallarda səhərə pizza yeyirlər. O, hətta pizza istehsalçılarına xeyir dua da vermişdir. Heç də təəccüblü deyil – çünki o, pizzadan başqa heç bir yeməyi qəbul etmir, onu həm səhər, həm günorta, həm də axşamlar yeyirdi.

14. Hər səhər tezdən portağal şirəsi içmək ənənəsi demək olar ki, bütün Avropa ölkələrində və Amerikada yayılıb. Bu heç də əbəs yerə deyil. Şirə sizi gün ərzində bol vitamin C ehtiyatı ilə təmin edir.

15. Səhər tezdən süd ilə müsli yeyin və siz nahara qədər heç nə yemək istəməyəcəksiniz. Həm də bu qida sizə lazımı enerji miqdarı verəcəkdir.

16. Braziliya alimləri maraqlı bir fakt aşkar ediblər: gün ərzində heç olmasa üç alma yeyən insanlar çəki itirirlər. Bu onunla izah edilir ki, almanın tərkibində çoxlu sellüloz və su vardır, ona görə digər qidalara olan tələbat aşağı düşür.

17. Ən kütləvi səhər yeməyi 1998-ci ildə Dubayda baş tutub, bu zaman masa arxasına 13.797 insan yığışıb.

18. Statistikaya əsasən Rusiyada insanların 15%-i səhər yeməyindən imtina edir. Amma deyilənlərə görə nahardan imtina edənlərin rekord miqdarı Almaniyada müşahidə olunur . Almanların tam dörddə biri (25%) səhər yeməyi yemir. Sizcə Azərbaycanda bu rəqəm neçədir?

19. Bəzi insanlar arıqlamaq niyyəti ilə səhər yeməyini ötürür, amma əksər hallarda bu zaman əks tendensiya müşahidə olunur, onlar daha çox çəki yığır, nəinki itirirlər. Yadda saxlayın ki, səhər yeməyindən imtina böyük ehtimallara piylənməyə gətirib çıxarır.

20. Bir sıra diyetoloqlar hesab edir ki, bizim əhval-ruhiyyəmiz, yaddaşımız, təfəkkür və idrak qabiliyyətləri bizim nə yeməyimizdən asılı olaraq dəyişir. Qidalanma institutunun alimləri bu məsələ ilə bağlı bir sıra inanılmaz faktlar sübut ediblər. Məsələn səhər çağı biz şirniyyatlar yeməklə, heç də özümüzü daha gümrah etmirik. Əksinə orqanizmin aktivliyi daha da aşağı düşür.

21. Kolbasa, yumurta və vetçinanın (qaxac edilmiş donuz əti, donuz budu) tərkibində yüksək miqdarda xolesterin və yağ vardır. Bu maddələr çox ləng həzm olunur və beyinə gedən qanın azalmasına səbəb olur. Bu isə idrak proseslərinin tempinin aşağı düşməsinə, zəifləməsinə gətirib çıxarır.

22. Madonna səhər yeməyindən öncə ən azı üç saat ərzində yoqa ilə məşğul olur. Daha sonra o, səhər yeməyinə tərəvəzdən hazırlanmış, həlim şorba yeyir və bir stəkan təbii şirə içir. Bəlkə onun cavanlıq sirlərindən biri də məhz yediyi səhər yeməyində gizlənir.

23. Sən demə səhər tezdən ac qarına idman etmək olmaz! Əgər siz səhər qaçışından öncə heç nə yeməsiniz, orqanizm şəkər çatışmazlığı ilə üzləşə bilər. Bu isə insanda tormozlanmaya gətirib çıxarır (əcəb əyləncəli qaçış alınır).

24. Səhər yeməyi nə qədər zəngin olarsa, insan gün ərzində bir o qədər az qida qəbul edir. Səhər tezdən zülallı qidalara üstünlük vermək daha çox məsləhətdir. Onda siz tezdən uzun müddət ərzində aclıq hiss etməyəcəksiniz.

25. Portuqaliyanın bir şəhərinin sakinlərini rekord müəyyən ediblər – onlar dünyanın ən böyük səhər yeməyini hazırlayaraq yemişlər. 10 saat ərzində 25.000 insan 10 ton süd və 35 min qarğıdalı yarması paketi tükətmişlər.

26. Mütəxəssislərin tövsiyəsi: səhər yeməyində müəyyən meyarlara riayət edin. Öz səhər yeməyinin tərkibini yüngül etmək daha yaxşıdır. Səhər müxtəlif sıyıqlar, alma, şirə və tərəfəz yeyin. Yalnız yüngül həzm olunan qidalar, ət balıq və s yemək olmaz. Yaxşı olar ki, “ağır” qidaları daha sonraya saxlayasınız.

Mənbə: Banker.az

OXŞAR XƏBƏRLƏR