Fələstinlə İsrail arasında otel açıldı - FOTOLAR

Xəbərlər 20 Mart 2017 00:00 589
Fələstinlə İsrail arasında otel açıldı - FOTOLAR

Bu gün İsrail və Fələstin sərhədində britaniyalı rəssam Benksinin oteli açıldı.

"Walled Off" otelində 9-u standart və biri lyuks olmaqla, ümumilikdə 10 nömrədir. Benksinin düşüncəsinə görə, hər bir nömrə gündə 25 dəqiqədən çox olmamaqla günəşlə işıqlanır. Bəzi otaqların divarları Benksinin qraffitiləri ilə işlənib, binada İsrail və Fələstini ayıran divara həsr olunmuş kiçik muzey də var. Məlumdur ki, "Walled Off"da Fələstin rəssamlarının sərgilərinin keçirilməsi planlaşdırılır. Bu, səyahət etmək imkanları məhdud olan müəlliflərə öz işlərini nümayiş etmək şansı verəcək.

Qeyd edək ki, İsrail ayırıcı baryeri - İsraili İordan çayının qərb sahilindən ayıran sərhəd tikilisidir. Divarın tikintisi 2003-cü ildə başlayıb, onun əsas hədəfi İsrailin terrorçulardan qorunması olub.

Benksi Fələstinlə İsrail arasında otel açdı

Mənbə: Buro247

Ç

Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/benksi-f-l-stinl-srail-aras-nda-otel-a-d.html

OXŞAR XƏBƏRLƏR