Novruz bayramında Bakıda minlərlə turist - FOTOLAR

Xəbərlər 26 Mart 2017 00:00 1206
Novruz bayramında Bakıda minlərlə turist - FOTOLAR

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz Festivalı keçirilir. Ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı prezident fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib. Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim olunur. Konsertin proqramı hər gün yenilənir. Sənətkarlar öz əl işlərini təqdim edirlər, kulinarlar qonaqlar üçün milli mətbəxin nümunələrini hazırlayırlar. Festivalda həmçinin pəhləvanlar, akrobatlar öz bacarıqlarını nümayiş etdirir.Bundan əlavə, tamaşaçıların diqqətinə atlıların çıxışları, o cümlədən dünyaca məşhur Qarabağ atı təqdim olunur. Festivala artıq əksəriyyəti İran, Fars körfəzi, MDB, Avropa və Amerika ölkələrindən olmaqla minlərlə turist tamaşa edib.

 

OXŞAR XƏBƏRLƏR