"Şahdağ Turizm Mərkəzi" işçi axtarır - VAKANSİYA

Xəbərlər 26 Mart 2017 00:00 2934
"Şahdağ Turizm Mərkəzi" işçi axtarır - VAKANSİYA

Tədbirlərin Təşkili üzrə Menecer
 
İş barədə məlumat:
 
-Marketinq şöbəsinin bazar təhlilinə əsaslanaraq Geniş Tədbirlər Planı və Büdcəsinin hazırlanması və Kommersiya Müdiri    tərəfindən təsdiqinə nail olmaq.
-Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müəyyən olunmuş tədbirlərin layihə, plan, konsepsiya və müvafiq ssenariyalarını hazırlamaq və həyata keçirmək.
-Sponsor strategiyasını hazırlamaq, sponsor layihələrini həyata keçirmək.
-Podratçı və ya təşkilatçıları cəlb etmək və onların işlərinə nəzarət etmək, təklif olunan konsepsiyaları qiymətləndirmək və analiz etmək.
-Tədbirlərin keyfiyyət kriteriyalarının müəyyən etmək və tələb olunan şəkildə keçirilməsini təmin etmək.
-Müştərilərin tədbirlə bağlı tələbləri barədə fikir və istəklərini müəyyən etmək və ümumiləşdirmək.
-Aylıq, rüblük və illik tədbirlər planını hazırlamaq və vaxtaşırı yeniləmək.
-Tədbirlərin təsdiq olunmuş plana uyğun təşkil etmək, keçirtmək, koordinasiya və nəzarət etmək.
-Müştərilərin tələb və istəklərini daha dəqiq şəkildə aydınlaşdırmaq.
-Keçiriləcək tədbirlərin büdcəsini hesablamaq, vaxtı və yerini müəyyən etmək.
-“Şahdağ” Turizm Mərkəzini yerli bazarda aktiv əyləncə xidmətləri mərkəzi kimi tanıtmaq məqsədilə, ictimai bayram,    mövsüm və digər müştəri kateqoriyaları üçün əyləncə proqramlarını özündə ehtiva edən illik tədbirlər təqvimini/planını   inkişaf etdirmək.
-Tədbirlərin təşkil edilməsini minimal xərclər hesabına həyata keçirmək üçün marketinq və satınalma heyyətinə lazımi   dəstək vermək.
-Tədbirlərin keçirilməsi üçün lazım olan bütün avadanlıqlar, ərazi, yerləşmə, qida məhsulları və digər zəruri əşya və    ləvazimatları vaxtında müəyyən etmək, ehtiyac yarandıqda müvafiq şöbələr vasitəsilə sifariş etmək və uyğun şəkildə    yerləşdirmək.
-Cəmiyyətin brendini tanıtmaq və satışını təşviq etmək məqsədilə potensial müştəri, biznes əməkdaşları və partnyorları  ilə,o cümlədən Kommersiya və İctimai təşkilatların təşkil etdiyi müvafiq görüş və tədbirlərdə iştirak etmək, zəruri tədbirlər  təşkil etmək.

Namizədə tələblər:
 
Arzu olunan təhsil: Ali Təhsil (Sosial, iqtisadiyyat və idarəetmə ixtisasına üstünlük verilir)
İş təcrübəsi: Tədbirlərin təşkili üzrə idarəetməsində 2 ildən az olmayan birbaşa iş təcrübəsi
Kompüterlə işləmə bacarığı:  MS Office Proqramları, İnternet, Web dizayn
Dil tələbləri: Azərbaycan, Rus, İngilis –  əla (yazılı və şifahi)

*Kommunikasiya, ünsiyyət və münasibət qurma
*Planlı, struktur və iqtisadi düşüncə tərzi
*Layihələrin hazırlanması və idarəedilməsi qabiliyyəti
*Yaradıcılıq yönümlü düşüncə
*Təşkilatçılıq və planlaşdırma bacarıqları
*İşlərin cəld və çevik surətdə idarə olunması bacarıqları
*Yüksək və pozitiv enerji ötürmə bacarığı
 
İş şəraiti:
 
İş rejimi – həftədə 5 gün

CV-lərinizi cv@hotels.shahdag.az elektron poçt ünvanına göndərin.
CV-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.
Şəkilsiz CV-lərə baxılmayacaq

OXŞAR XƏBƏRLƏR