"Samaxı Palace Sharadil" işçi axtarır - VAKANSİYA

Xəbərlər 27 Mart 2017 00:00 2800
"Samaxı Palace Sharadil" işçi axtarır - VAKANSİYA

Mühafizəçi (xanım)

Ümumi məlumatlar:

- 20-35 yaş aralığında xanımlar; 
- Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı; 
- Boy 165 sm-dən yuxarı olmalı;

İş haqqında məlumat:

- Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək; 
- Rəsmi porsedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək; 
- Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək; 
- Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq; 
- Tabe olduğu rəhbərlər tərəfindən verilən təlimat və göstərişləri yerinə yetirmək.

İş şərtləri:

İş rejimi növbəlidir.

İş yeri:

• Şamaxı şəhəri Şərədil kəndi, «Yeni Şamaxı Hotel Company».
• Yaşayış yeri- şirkət tərəfindən personal yataqxanasında yerləşdirilir.
• Yemək şirkət tərəfindən təmin edilir.
• Əmək haqqı 500 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 30.04.2017-ci il tarixinədək samaxipalace.hr@pmdhospitality.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühafizəçi xanım”) qeyd olunmalıdır) göndərə bilərlər.
Şəkilsiz CV-lərə baxılmayacaq.

OXŞAR XƏBƏRLƏR