Oteldən imtina etsəz vizanı itirəcəksiz – BAŞQA SƏBƏBLƏR

Xəbərlər 28 Mart 2017 00:00 1096
Oteldən imtina etsəz vizanı itirəcəksiz – BAŞQA SƏBƏBLƏR

Son zamanlar viza verilməsindən imtina ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur. Bunu nəzərə alaraq seyyah.az müxtəlif ölkələrin konsulluqlarının viza verməkdən imtina etməsinin səbəbləri və təkrar müraciətin vaxtı ilə  bağlı araşdırma aparıb.

 

Asiya ölkələrinin viza imtinası

Turizm.Az şirkətinin meneceri Ülfanə Mahmudova  Asiya ölkələrinin demək olar ki, viza verilməsinə imtina etmədiklərini bildirdi. Onun sözlərinə görə çox nadir hallarda yalnız Birləşmiş Ərəb Əmirliklərinə viza alarkən imtina oluna bilər.

 

Eləcə də bax: Şengen vizası neçəyədir? – QİYMƏTLƏR

 

Belə ki, yenidən Dubay şəhərinə üz tutmaq istəyənlər arasında bəxti gətirməyənlər də olub. Buna həmin şəxsin ilk səfərində orada qaydaları pozması səbəb olub. Məsələn, siz Dubaya səfər edirsiz və səfərinizin müddəti 1 aydır. Lakin göstərilən müddətdən artıq qalmağa çalışırsızsa,  ikinci dəfə bu ölkəyə viza alarkən imtina ilə üzləşə bilərsiz. Bundan başqa əgər  yaxın zamanlarda sizinlə eyni ad və y soyad daşıyan şəxslər bu ölkədə hər hansı bir cinayət törədibsə, o zaman sizin viza almanız gecikə bilər və ya ümumiyyətlə  verilməyəcək. 

 

Viza verilməsindən ən çox imtina edən ölkələr

Viza verməkdən daha çox imtina edən ölkələr sırasında ilk yerləri ABŞ, Böyük Britaniya və Macarıstan tutur. Əgər Macarıstana səfər etmək istəyirsizsə, o zaman otel bronu və gediş-gəliş aviabileti əvvəlcədən almalısız. Yəni, ancaq  qayıdış biletinizin bron edilməsi bu ölkəyə viza almanıza əngəl törədə bilər. Bəzən vətəndaşlar viza aldıqdan sonra bron edilən oteldən imtima edirlər, yəni otel bronu ləğv edilir. Bu zaman da aldığınız vizanı itirə bilərsiz. Oteldən imtina vizanın ləğvi ilə nəticələnə bilər. 

ABŞ, Kanada və  Böyük Britaniya kimi ölkələrə səfər edərkən mütləq səyahət tarixçənizə nəzər yetiriləcək. Əgər siz bu günə kimi hər hansı bir Avropa ölkəsinə səfər etməmisizsə və ilk səfərinizi ABŞ planşaldırmısınızsa,  o zaman viza verilməməsi ehtimalı böyükdür. Həmçinin, Böyük Britaniyaya da viza alınarkən ciddi şəkildə səyahət tarixçəsinə nazarət edilir.

 

Səfirliklərin viza vermə müddətləri

 

Macarıstan – 15 gün  ərzində

Latviya, Litva və Estoniya – 7 iş günü  ərzində

Almaniya, Fransa, İtaliya – 3-5 iş günü ərzində

Birləşmiş Ərəb Əmirlikləri – 1-2 iş günü və ya 7 iş günü ərzində verilir.

Qeyd edək ki, BƏƏ-də cümə və şənbə günləri qeyri- iş günləri olduğundan bu günlərdə sənəd qəbul olunmur.

Böyük Britaniyaya  15 iş günü ərzində viza verilir. Lakin əlavə 150 pound ödəməklə bu ölkəyə vizanı 7 iş günü ərzində də əldə etmək mümkündür.

 

ABŞ-a viza verilməsinin müddəti isə səfirlik nümayəndəsi ilə  görüşdən sonra, əgər viza veriləcəksə 3 iş günü ərzində verilir. Qeyd edək ki, ABŞ-a viza almaq digər ölkələrlə müqayisədə daha çətindir. Buna səbəb ölkənin immiqrantların gəlişinin qarşısını almaq istəyidir.

 

Məlumat üçün bildirək ki, viza imtinası alındığı təqdirdə yaxşı olar ki, 3-6 ay fasilədən sonra yenidən müraciət edəsiz. Lakin viza verilməsi qaydalarında hər hansı fasilə yoxdur. Amma bir ölkə imtina verdiyi təqdirdə digər səfirliklər də viza verilməsindən imtina edirlər. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR