Sizi görüm bu qonaq evlərində yaşayasız! – QƏRİBƏ HOTELLƏRDƏN FOTOLAR

Xəbərlər 28 Mart 2017 00:00 1918
Sizi görüm bu qonaq evlərində yaşayasız! – QƏRİBƏ HOTELLƏRDƏN FOTOLAR

Hər il müxtəlif ölkələrdə bir-birindən fərqli otellər, qonaq evləri və hostellər turistlərin istifadəsinə verilir. Seyyah.az 2017-ci ildə istifadəyə verilən dünyanın ən qəribə mehmanxanalarını təqdim edir.

“Quadrum hotel”

Quadrum mehmanxanası  konteynerlərdən ibarətdir. Hoteldə qonaqlar üçün 1 nəfərlik və ailəvi istirahət edənlər üçün  nömrələr təqdim olunur. Bundan başqa burada sauna və hovuz da var. Mehmanxana Gürcüstanda Quduari əyalətində qış istirahət kompleksində yerləşir.

“The Book and Bed”

“The Book and Bed” hotelində çarpayılar kitab rəflərinin arasında yerləşir. Bundan başqa rəflərin yanında jalüzlər var. Onları istifadə etməkləətraf aləmdən ayrılmaq olar. Mehmanxana kitabsevərlər üçün əsl cənnətdir. Hotel  Yaponiyada Kyota şəhərində yerləşir.

Xilas etmə qülləsində hotel

Mehmanxana  dəniz sahilində xilasetmə məntəqəsinin qülləsində yerləşir. Otel İzraildə yerləşir və yay mövsümündə fəaliyyət göstərir.

“Walled Off Hotel”

Hotelin yaradıcısı İngiltərəli küçə rəssamı Veknsidir. Mehmanxanada 9 standart nömrə və 1ədəd suit nömrə var. Hotelin divarları rəssamın rəsmləri ilə bəzədilib. Mehmanxana İzrail Fələstin sərhəddində yerləşir.

“Hotel The 7th Room”

Əsasən, taxtadan tikilən mehmanxana 10 metr hündürlükdə yerləşir. Hotelin ümumi  sahəsi 55 kvadrat metrdir. Mehmanxanada 2 yataq otağı, 2 vanna otağı var. Hotel Laplandiya meşələrində yerləşir.

“Hurawalhi İsland Resort”

Maldiv adalarında yerləşən bu hotel öz restoranı ilə fəxr edə bilər. Mehmanxanada yerləşən qeyri-adi restoran  6 metr dəniz suyu altında yerləşir. Restoran şəffaf örtüklə örtülüb. Burada müştərilərə dəniz məhsulları təqdim olunur.

“Drop box”

İspaniyanın  İn-Tenta dizayner şirkəti maraqlı iş ərsəyə gətirib. Hotelin partatip nömrələri var. “Drop box” adını alan konstruksiya istənilən yerdə qurula bilər. Daşınan otel 4 nəfər üçün nəzərdə tutulub.  Nömrələrdə  duş kabinəsi də var.

“Oasia hotel”

27 mərtəbəli mehmanxananın çöl fasadı tamamilə gül və ot örtüyü ilə bəzədilib. Hoteldə 314 nömrədən əlavə ofis və restoranlar fəaliyyət göstərir. Mehmanxana Sinqapurda yerləşir.

“Henn na Hotel”

Mehmanxanada bir nəfər də olsun ki, canlı personal yoxdur. Hoteldə bütün xidmətləri robotlar həyata keçirir. Hotel Yaponiyanın Tiba prefekturasında yerləşir.

“The Flagler Club”

“The Breakers” hoteli ilk dəfə fəaliyyətə  1896-cı ildə başlayıb. O zamanlar mehmanxanın adı “The Palm Beach İnn” olub. Lakin  “The Flagler Club” 2017-ci ildə işə başlayıb.  Bu hotel dünyada ilk və yeganə mehmanxanadır ki, başqa hotelin içində yerləşir. Adı çəkilən hotel “The Breakers”-in sonuncu iki mərtəbəsində yerləşir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR