"Eyfel" güllə keçirməyəcək

Xəbərlər 28 Mart 2017 00:00 563
"Eyfel" güllə keçirməyəcək

Fransanın simvolu olan Eyfel qülləsinin güllə keçirməyən şüşə ilə qorunması layihəsi Paris Bələdiyyəsində təsdiq olunub.

Anadolu agentliyinin məlumatına görə, bələdiyyənin qərarında terror təhdidinin artdığı indiki dövrdə qüllənin təhlükəsizliyinin təmin olunmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Gələn ilin son üç ayı ərzində başa çatdırılması planlaşdırılan iş 20 milyon avroya başa gələcək. Qüllənin ön və arxa tərəfinə 2,5 metr hündürlüyündə güllə keçirməyən şüşə panellər yerləşdiriləcək, giriş və çıxışların olduğu sağ və sol tərəfə isə metaldan barmaqlıqlar qoyulacaq.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR