Sərnişinlərinə pulsuz planşet verəcək - İLK DƏFƏ

Xəbərlər 30 Mart 2017 00:00 677
Sərnişinlərinə pulsuz planşet verəcək - İLK DƏFƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb. Seyyah.az xəbər verir ki, bu addım ABŞ-ın bu ölkəyə gələn təyyarələrdə telefonlardan başqa digər elektron cihazların qadağan olunması qərarına cavab olaraq atılıb.

Bundan başqa, BƏƏ-nin digər aviaşirkəti "Emirates" də ABŞ-a gedən sərnişinlərə uçuş zamanı noutbuk təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Yaxın Şərq və Şimali Afrikanın 10-dək hava limanından gələn reyslərdə telefon və smartfonlardan böyük elektron cihazların təyyarəyə götürülməsini qadağan edib. Qərar martın 25-dən qüvvəyə minib.

 

© Trend

OXŞAR XƏBƏRLƏR