Səyahətə haradan başlamaq lazımdır? Xanımların təkbaşına səyahətə çıxması asandırmı? Xanım turistlərin qarşılaşdığı təhlükəli hallar hansılardır? Bu suallara 50-dən çox şəhər gəzmiş səyyah Zeynəb Məmmədyusifova cavab verir.

– Hazırda yalnız instagram üzәrindәn fotolar paylaşıram. Ancaq eyni zamanda blog üzәrindә də çalışıram. Bu yaxınlarda hazır olmalıdır.
– İzləyicilərim müxtәlif ölkәlәrdә tәhsil vә turizm haqqında әtraflı mәlumatlar alacaqlar. Әsasәn, şәxsi tәcrübәmdәn әldә etdiyim mәlumatları paylaşıram, gözümlә gördüyüm.
– İtaliya, Fransa, Almaniya, Macarıstan, Çexiya, Avstriya, Slovakiya, Gürcüstan, Rusiya, Türkiyә, Hollandiya, Çin, Qәtәr…Unutduğum ölkә ola bilәr. Olduğum ölkәlәrdә 50-dәn artıq şәhәrә sәyahәt etmişәm. Yeni insanlarla tanış olmağı, mәdәniyyәt vә adәtlәrini öyrәnmәyi, milli yemәklәrini dadmağı vә Azәrbaycanla müqayisә etmәyi çox sevirәm.
– Almaniyaya ilk dәfә tәk sәyahәt etmişdim. Münhenә eniş vaxtım 23:30 idi. Sәhәr Münhendәn Rottax-Egern adlı kiçik Bavariya qәsәbәsinә getmәli idim. Bu qәsәbәyә hava limanından qatarla getmәk çox rahat idi. Çox vaxt itirmәmәk üçün әvvәlcәdәn hava limanına yaxın otel bron etmişdim. Otel meşәdә yerlәşәn eyni zamanda at çiftliyi kimi fәaliyyәt göstәrәn möhtәşәm istirahәt mәrkәzi idi. Hava limanından çıxanda artıq gecә saat 12 olmuşdu. Yaşlı bir alman sürücüsü olan taksiyә yaxınlaşıb adresi dedim. 10 dәqiqә sonra meşәdә ara sıra tikililәr görünmyә başladı. Yaxınlaşdığımız ilk oteldә mәni taksidәn düşürüb: bağışlayın, mәn tәlәsirәm. Әgәr 10 dәqiqə sonra hava limanında olmasam, mәni cәrimәlәyәcәklәr. Burda çoxlu otellәr var. Onlardan biri olmalıdır dedi vә getdi. Tәsәvvür edin, meşәnin ortasında necә şok yaşadım. Tәlәsik ilk binaya daxil oldum. Divarda bron etdiyim otelin adını görüb çox sevindim. Reseptiona yaxınlaşdım; Alman xanım ingiliscә salamlaşmaqdan başqa heç nә bilmirdi.Yan otaqdan böyük dünya xәritәsi gәtirdi. Xәritәdә Azәrbaycanı göstәrdim. Zәng edib bir nәfәri çağırdı. Beş dәqiqə sonra cavan bir oğlan yaxınlaşdı: Pardon, türkce konuşa biliyor musunuz? İnanın elә sevindim, elә bil doğmamı görmüşәm (gülür). Otelә yerlәşmәk üçün bütün işlәrdә çox kömәk etdi və sәn demә yerlәşәcәyim otel burdan 5 dәq aralı başqa bir binada imiş. Belәliklә, tәk sәyahәtin macәraları o gündәn etibarәn başladı.
– Әn çox verilәn sual, tәk qorxmursan? Darıxmırsan?
– Tәhlükәli mәqamlar olduqca çoxdur. Tәәssüf ki, dünyamız tәhlükәsiz vә güvәnilә bilәcәk insanların sayı çox olan bir yer deyil. Ancaq tәhlükәsizliyimizi tәmin etmәk üçün biz dә çalışmalıyıq. Mәn insanların az olduğu küçәlәrlә hәrәkәt etmirәm vә axşam saat 10-dan əvvəl otelә qayıdıram.
– Azәrbaycanla bağlı bir layihә hazırlayıram. Çox çәtinliklәri var amma sonuna qәdәr çalışmağa davam edәcәm. Eyni zamanda “Travel Photography” janrında fotolara davam etmәyi planlaşdırıram. Bugünә qәdәr çәkilәn şәkillәr sırf özüm üçün idi artıq daha peşəkar olmağı fikirlәşirәm.
– Әn әsası valideynlәrimizdәn icazә almağı bacarmalıyıq. Bunun üçün valideynlәrimizә inandırmalıyıq ki, biz öz ayaqlarımız üstündә dayana bilәn, güclü şәxsiyyәtik. Hәm fiziki, hәm dә psixoloji cәhәtdәn hazır olmaq lazımdır. Dәfәlәrlә düşәrgәni yarımçıq saxlayıb evinә qayıdanları görmüşәm.
– Mәn tәşәkkür edirәm. İşlәrinizdә bol şanslar.



Mənbə: travelnews