Mədəniyyət və Turizm Nazirliyindən səyahətə hazırlaşanlara- MÜRACİƏT

Xəbərlər 28 Aprel 2014 00:00 822
Mədəniyyət və Turizm Nazirliyindən səyahətə hazırlaşanlara- MÜRACİƏT

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına müraciət edib. Nazirlikdən seyyah.az-a verilən məlumata görə, xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur. Bununla əlaqədar,nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.


Məlumatda o da bildirilir ki, turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşən vətəndaşlar Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR