Xaricdə 30 dollara nə yemək olar? – ÖLKƏLƏR, MENYULAR

Xəbərlər 2 Aprel 2017 00:00 1561
Xaricdə 30 dollara nə yemək olar? – ÖLKƏLƏR, MENYULAR

 Məlumdur ki, eyni məbləğ ödəməklə müxtəlif ölkələrdə fərqli qidalanmaq olar. Amma nə qədər fərqli? Gəlin baxaq, planetimizin müxtəlif ölkələrində 30 dollara nə alıb gyemək olar? Hesablamalarda bahalı olmayan restoranlarda ölkə üzrə orta qiymət (çay pulu və vergilər daxil olmadan) nəzərə alınıb. Nəticələr maraqlıdır: sizin müxtəlif ölkələrdəki 30 dollarlıq sifarişiniz belə olacaq.

İsveçrə

 

İsveçrə haqlı olaraq Avropanın ən bahalı ölkələrindən biri sayılır. Elə ona görə 30 dollarlıq məbləğlə o qədər də bahalı olmayan milli (yəni İsveçrə) restoranda belə kasıb menyu sifariş verək olar. Daha artıq yemək istəsəniz, bu ölkədəki çoxsaylı italyan, çin və türk yeməkxanalarına üz tuta bilərsiniz.

Yaponiya

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

 

Son illər Yaponiyada qastronomik (yəni yemək) turizmi çiçəklənir. Bu ölkənin mətbəxi o qədər də acı deyil və həm şərq, həm də qərb turisti üçün uyğundur. Bundan başqa, restoranların çoxu mişlen ulduzları ilə mükafatlandırılıb. Ən əsası burada menyunun böyük hissəsini yerli dəniz məhsulları tutur.

İtaliya

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

İtalyan mətbəxi haqlı olaraq dünyanın ən dadlı mətbəxlərindən sayılır. Amma sadə turist üçün həm qiymət, həm də keyfiyyət olan yaxşı restoranı asanlıqla seçmək çətindir. Ona görə də deyirik: dadlı yemək axtaranlar üçün ən yaxşı variant şəhərin dolanbac küçələrində yerləşən evsayağı dizayn edilmiş trattoriyalar, osteriyalar və pizzaxanalardır. Belə yerdə həm ənənəvi italiyan yeməyi, həm də əla ev çaxırı dadmaq olar.

Kanada

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Əslində ənənəvi Kanada mətbəxindən danışmaq çətindir – burada sadəcə dünyanın hər yerindən gəlmiş miqrantların özləri ilə gətirdiyi müxtəlif mətbəxlər var. Kanadanın böyük şəhərlərində və əyalətlərdə qiymətlər çox fərqlənir. Bax, paytaxt Ottavanın kiçik restoranlarının birində 30 dollara belə yemək sifariş vermək olar.

Fransa

 NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Fransa – ən incə mətbəxi ilə seçilən ölkələrdəndir. Burada qiymətlər çox müxtəlifdir, hər şey restoranın səviyyəsindən və harada yerləşməsindən asılıdır – bütün dünyada olduğu kimi. Mərkəzdən kənarda, o qədər də baha olmayan yaxşı restoranda 30 dollara təqribən belə bir şam yeməyi sifariş edə bilərsiniz. Və bu sifarişdə əsas məsələ – şərabdır!

İspaniya

 NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Fransaya baxanda ispan restoranları insaflıdır. İspaniyada 30 dollara o qədər də bahalı olmayan restoranda doyunca yemək və ya ənənəvi tapas-barda yerli çaxırdan yıxılana kimi içmək olar. Necə deyərlər «boğaza qədər» həm içmək, həm də yemək olar.

Yamayka

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Azərbaycandan Yamaykaya gedən turistlər barmaqla sayıla bilər, amma yenə də. Yamaykanın özü kimi, mətbəxi də ekzotik, ən əsası ucuzdur. Burada orta səviyyəli restoranda 30  dollara dəniz məhsullarından o qədər delikates sifariş etmək olar ki, Avropa restoranlarında bu yeməklər bir neçə qat baha olacaq.

Avstraliya

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

 

Avstraliyanın çoxlu sayda əla restoranlarında 30 dollara doyunca yemək olar. Qeyd edək ki, bu ölkədə spirtli içki satmaq lisenziyası olmayan restoranlar populyardır, amma orada müştərilərə özləri il əiçki gətirməyə icazə verirlər. Belə restoranlarda şam yeməyi daha ucuz olur.

Yunanıstan

 NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Acılı və balıqlı Aralıq dənizi mətbəxi onsuz da yemək həvəskarlarının ağlını başından alı rvə burada yunan mətbəxinin öz yeri var. Yunanlar bu ölkəyə gələn turistləri dünyanın ən qədim və nəfis mətbəxi ilə sevindirə bilərlər. Yerli kiçik restoranlar və meyxanalar müştərilər üçün xoş sürpriz olacaq. Burada qiymələr çox yaxşıdır (xüsusilə turistlərin az olduğu ərazilərdə və ölkənin cənubunda), yemək porsiyaları isə daha böyükdür.

Meksika

 NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Bahalı olmayan Meksika restoranlarında (yəni turist ərazilərindən kənarda yerləşənlərdə) qiymətlər xeyli aşağıdır və Avropa qiymətlərindən kəskin fərqlənir. 30 dollara burada məşğur acılı yeməklərdən doyunca yemək olar, özü də bir deyil, bir neçə porsiya.

Hindistan

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Hindistan elə bir ölkədir ki, burada yemək axtaranda onun dadından əvvəl təmizlik barədə düşünürsən. Ona görə də ən yaxşı variant yerli restoranlardır – bu yerlərdə yeməklər az-çox sanitar şəraitdə hazırlanır. Amma hətta bahalı restoranlarda da qiymətlər xeyli aşağıdır və 30 dollara bir neçə nəfər doyunca yeyə bilər.

Makedoniya

NewPix.ru - Что можно поесть на 30 долларов в разных странах

Makedoniya Avropada yeməyin ən aşağı qiymətə olduğu ölkələrdən biridir. Eyni zamanda bu ölkənin mətbəxi sadə, dadlı və doyumludur. Makedoniyada stolun üstündə həmidə təzə çörək, göyərti və pendr taparsınız. Şərqi Avropanın bu kiçik, amma gözəl ölkəsində 30 dollara bir neçə nəfər şam edə bilər.

 

 

OXŞAR XƏBƏRLƏR