Səyyah xanımlar - Aygün Yaqublu - MÜSAHİBƏ

Xəbərlər 2 Aprel 2017 00:00 878
Səyyah xanımlar - Aygün Yaqublu - MÜSAHİBƏ

Bu dəfəki qonağımız səyahət etməyi sevən, yeniliklərə hər zaman açıq olan, azərbaycanlı youtuber Aygün Yaqubludur (@justaygun).

– Etdiyiniz işlərin əsas məqsədi nədir? İnsanlara nəyi çatdırmaq istəyirsiniz?

– Əsas məqsədim səyahətlər zamanı çəkdiyim yerləri izləyicilərə göstərərək, onlara səyahətlərin insan üçün nə qədər önəmli olduğunu göstərməkdir. Səyahətlərin əslində baha olmadığını bildirmək, səyahətlərə həvəs yaratmaqdır.

– Sizi bu sahəyə gətirən məqam hansıdır? Niyə məhz səyahət?

– Menim üçün dünya daha böyükdür. Kəşf etməyi sevirəmsə, paylaşmağı da sevirəm, bu halda getdiyim ölkələrdən xatirələrimi, yaşadığım anları öz izləyicilərimlə paylaşıram. Bu sahəyə sadecə hobbi olaraq başladım, daha sonra maraq yarandı və davam etdirdim. Görürəm ki, mənim kimi maraqlanan gənclər də çoxdur.

– Necə düşünürsünüz, tək səyahət edən zaman xanımlar hansı təhlükələrlə üzləşə bilər? Sizin başınıza gələn təhlükəli və maraqlı məqamlardan birini bizimlə paylaşın.

– Mən tək səyahət etmirəm. Tək getsəm bele, Avropa daxilində belə problemlərlə qarşılaşmıram. Məsələm, velosipedlə səyahətlər etmirəm, bəzi səhifələr yalnış paylaşımlar etsə də (gülür). Qarşılaşdığım maraqlı məqamların hamısına Youtube kanalımda, səyahət vloglarımda görə bilərsiniz. Yəni, hər səyahitimi bu vlogda paylaşır, gün ərzində nə etdiklərimi, qarşılaşdığım məqamları yayımlayıram.

– Sizə ən çox verilən suallar hansılardır?

– Ən çox İnstagram izləyicilərim suallar verir. Orada verilən sualların çoxu şəxsi olduğundan çox zaman cavablandırmıram. Səyahətlə bağlı suallara isə yararlı cavablar verməyə çalışıram. Ən çox verilən suallar siz necəviza alırsınız? Ne qədər məbləğə hansı ölkəyə getmək olar?

– Gələcək planlarınız hansılardır?

– Gələcək planlarım daha qeyri-adi olan, uzaq ölkələrə gedib çatmaqdır.

– Yeni başlamaq istəyənlərə məsləhətləriniz nədir?

– Fikrimcə, öncə gəlir yeri olmalıdır, səyahətləri öncədən planlaşdırmaq lazımdır. Çünki belə daha ucuz başa gəlir. Getdikləri ölkələr haqqında daha öncədən məlumat toplasalar, səyahətləri daha maraqlı olar.

– Təşəkkür edirəm. 

Mənbə: Travelnews

OXŞAR XƏBƏRLƏR