Bakı Şopinq Festivaldan daha bir sürpriz – QİYMƏT 40 MANATDAN BAŞLAYIR

Xəbərlər 3 Aprel 2017 00:00 1484
Bakı Şopinq Festivaldan daha bir sürpriz – QİYMƏT 40 MANATDAN BAŞLAYIR

Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb.Seyyah.az xəbər verir ki, “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva  şoppinq festivalın fəxri qonağı olacaq.

Müğənni festival çərçivəsində aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayında  çıxış edəcək.

Biletlərin qiymətlərinə gəlincə, burada ən ucuz bilet 40 manatdan başlayır. Qabaq sıralardakı yerlər isə 380 manat olacaq. 

Qeyd edək ki, paytaxtda keçiriləcək şopping festival 10 aprel - 10 may tarixlərini əhatə edəcək. Növbəti şopping festival isə bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR