Atçılıq turizmi inkişaf etdiriləcək-Xınalıqda

Turistlər tarixi məkanlara at belində səyahət edə biləcəklər
Xəbərlər 28 Aprel 2014 00:00 1088
Atçılıq turizmi inkişaf etdiriləcək-Xınalıqda

“Son üç ildə Xınalıq kəndini 10 mindən artıq turist ziyarət edib. Bu turistlərin təxminən yarısı əcnəbilər olublar”. Bunu “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev bildirib. Onun sözlərinə görə, kəndə daha çox turistin cəlb olunması üçün əlavə tədbirlər həyata keçirilir.


H.Ağayev qeyd edib ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun nəznində yardımçı təsərüffat qurulur. Bu təsərrüfatda atçılıq turizminin inkişaf etdirilməsi üçün şərait yaradılacaq. Bundan sonra turistlər qoruğa aid olan, amma Xınalıq kəndinindən 15-18 kilometr uzaqlıqda yerləşmiş tarixi məkanlara at belində səyahət edə biləcəklər. Bundan başqa xarici ölkələrdən gəlmiş turistlərə yardım etmək məqsədilə müxtəlif əcnəbi dilləri bilən bələdçilər ayrılıb.


Qeyd edək ki, Xınalıqda kəndində orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Dəniz səviyyəsindən 2 min 300 metr yüksəklikdə yerləşmiş kənddə daim yerli, eləcə də çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür.  

AzərTac

OXŞAR XƏBƏRLƏR