“Şahdağ” kompleksi bağlandı

Xəbərlər 3 Aprel 2017 00:00 1217
“Şahdağ” kompleksi bağlandı

“Şahdağ” Turizm Mərkəzi 3 aprel 2017-ci il tarixindən etibarən dekabrdan bəri davam edən, sayca 5-ci olan qış mövsümünü bağlı elan edir.

Seyyah.az xəbər verir ki hər il olduğu kimi bu mövsüm ərzində də xidmət göstərən, “Şahdağ”  Turizm Mərkəzi Rusiyanın məşhur hotel axtarış saytı olan “roomguru.ru” saytının araşdırmalarına əsasən dağ-xizək kurortları arasında rusiyalı turistlər tərəfindən 5 ən çox ziyarət olunan ailəvi istirahət mərkəzindən biri seçilib, Beynəlxalq hotel bron sistemi olan “booking.com”un məhz qonaqların  qiymətləndirməsinə əsasən “Şahdağ Hotel və Spa” 9.0 bal alaraq, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub

Mövsüm ərzində turizm mərkəzini keçən ilki rəqəmləri üstələyərək 95 000-dən çox turist ziyarət edib. Bu rəqəmin 40%-dən çox hissəsini əcnəbi turistlər təşkil edib..

Məlumat üçün bildirək ki,artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib

İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən “Şahdağ Hotel və Spa”, burada yerləşən regionun ən böyük SPA mərkəzi hesab olunan “Ovdan” Spanın təqdim etdiyi detoks-bərpaedici proqramı qonaqların ixtiyarında olacaqdır.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR